Məhkəmə qərarları › İş №2(039)-476/2021

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-476/2021

29.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-476/2021 29.01.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu İddiaçı BOKT «xxxx» MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 Abduxaliq qızına, Cavabdeh4 Curu oğluna, Cavabdeh5 və Cavabdeh2 qarşı «kredit üzrə əsas borcun, faiz və əldən çıxmış fayda borcunun qaytarılması» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı BOKT «xxxx» MMC cavabdehlər Cavabdeh1, Cavabdeh3 Abduxaliq qızına, Cavabdeh4 Curu oğluna, Cavabdeh5 və Cavabdeh2 qarşı «kredit üzrə əsas borcun, faiz və əldən çıxmış fayda borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 Abduxaliq qızından, Cavabdeh4 Curu oğlundan, Cavabdeh5 və Cavabdeh2 547.94 ABŞ dolları məbləğində əsas borcu, 232.97 ABŞ dolları məbləğində hesablanmış faiz borcu, 33.60 ABŞ dolları müqavilə şərtlərini pozduğuna görə dəymiş zərər (əldən çıxmış fayda) ümumilikdə cəmi 814.51 ABŞ dolları məbləğində kredit borcu və 31 manat dövlət rüsumunun müştərək qaydada alınaraq BOKT «xxxx» MMC-nə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, sözügedən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı BOKT «xxxx» MMC-yə qaytarılmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə dəyişikliklər edilməsi barədə və Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 511-İVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar məhkəməyə verilən iddiaların qiyməti 500 manatadək olduqda 20 manat (8.1.1-ci madd), iddia qiyməti 500 manatdan çox olduqda 30 manat (8.1.2-ci madd) müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsində məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsi, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən edilmişdir. Həmin Qanunun 8.1, 8.1.1 və 8.1.2-ci maddələrinə əsasən məhkəməyə verilən iddia ərizələrində, iddia qiyməti 500 manatadək olduqda 20 manat, iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu tutulur. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödəsədə, qanunla müəyyən olunmuş məbləğdə dövlət rüsumunu ödəməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçıya izah edilməlidir ki, o, göstərilən nöqsanları aradan qaldırdıqdan sonra, təkrarən ümumi qaydada iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.5, 152.2, 152.3, 152.4, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı BOKT «xxxx» MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 Abduxaliq qızına, Cavabdeh4 Curu oğluna, Cavabdeh5 və Cavabdeh2 qarşı «kredit üzrə əsas borcun, faiz və əldən çıxmış fayda borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, göstərilən nöqsanları aradan qaldırdıqdan sonra, təkrarən ümumi qaydada iddia ərizəsi ilə Yevlax rayon Məhkəməsinə müraciət edə bilər. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar