Məhkəmə qərarları › İş №2(039)-593/2021

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-593/2021

10.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-593/2021 10.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızı, İddiaçı Cavabdeh qarşı “öhdədə olma faktının müəyyən edilməsi” barədə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh “öhdədə olma faktının müəyyən edilməsi” barədə ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında olan nikah Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan olan uşaqları- xx xxxxx 2008-ci il təvəllüdlü X2 və xx xxxxx 2010-cu il təvəllüdlü X1 cavabdehin yanında saxlanılması qət edilmişdir. Nikahları pozulduqdan sonra cavabdeh valideynlərinə məxsus Goranboy rayonu Muzdurlar kəndində yerləşən evdə yaşayır, həmin vaxtdan uşaqları Cəlil Bəşirov və Diləfruz Bəşirova onun himayəsindədirlər. Hazırda müəyyən mülki hüquqlarının həyata keçirilməsi ilə bağlı uşaqları Cəlil Bəşirovun və Diləfruz Bəşirovanm öhdəsində olması faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Uşaqların özləri də buna etiraz etmirlər. Məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməli və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, məhkəmə ilk növbədə onu qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305 və 307-ci maddəsinin tələblərinə görə “şəxsin öhdədə olma faktının müəyyən edilməsi” üzrə işlərə xüsusi icraat qaydasına baxılır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. İddia ərizəsində İddiaçı özünü iddiaçı, Cavabdeh isə cavabdeh qismində qeyd etməklə yuxarıda qeyd olunan normaların tələblərini pozmuşdur. Bundan əlavə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" xx xxxxx 2019-cu il tarixli 3 saylı qərarının 3.1-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-in 307.2.2ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. Həmin Qərarın 1.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-in 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı özünün digər şəxsin öhdəsində olması faktının müəyyən edilməsini deyil, digər şəxslərin, yəni uşaqlarının onun öhdəsində(himayəsində) olması faktının müəyyən edilməsini istəyir ki, bu da mülki prosessual qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “öhdədə olma faktının müəyyən edilməsi” barədə ərizəsinin, iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver