Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-792/2021 08.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi qızının iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» haqqında ərizəsi üzrə mülki işə xx xxxxx 2021-ci il tarixdə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi qızı maraqlı orqan Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı X1 xx xxx 2000-ci il tarixdə Yevlax rayonu Qarxun kəndində vəfat etməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah etdi ki, mərhum qardaşı X4 xx xxxxxx 1973-cü il tarixdə Azərbaycan SSR-nin Yevlax rayonunda dünyaya gəlmişdir. xx xxx 2000-ci il tarixdə ürəyində olan xəstəlik səbəbi ilə dünyasını dəyişmişdir. Mərhum qardaşı X2 ölüm haqqında tibbi şəhadətnamə almaq üçün müəyyən olunmuş qaydada və müddətdə müvafiq orqanlara müraciət edə bilməmişdir. Qeyd olunan faktla bağlı cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan ölüm haqqında şəhadətnamə təqdim edilmədiyindən qeyd olunan faktın yalnız məhkəmə qaydasında həll oluna biləcəyini və aidiyyəti üzrə məhkəməyə müraciət etməsini bildirmişlər. Qeyd olunan faktın məhkəmə qaydasında müəyyən edilməsi ona sosial müdafiə hüquqlarının həyata keçirilməsi ilə əlaqədar lazımdır. Ölüm qeydinin başqa formada bərpası mümkün olmadığından hazır ki, ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək göstərdi ki, ərizəçi onun xalası qızıdır. Xalası oğlu Arzuman İsmayılov xx xxxxxx 1973-cü il tarixdə anadan olmuş, xx xxx 2000-ci il tarixdə ürək çatışmamazılığından vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək göstərdi ki, ərizəçi onun xalası qızıdır. Xalası oğlu Arzuman İsmayılov xx xxx 2000-ci il tarixdə ürək çatışmamazılığından vəfat etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Maraqlı şəxs tərəfindən xx xxxxxx 2021-ci il tarixdə verilmiş, 405 saylı məktubundan məlum olur ki, Ərizəçi X1 ölümü haqqında şəhadətnamə mərhumun ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim edildikdən sonra verilə bilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax Rayon Polis Şöbəsi tərəfindən xx xxxxxxxx 2018-ci il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqənin surətindən məlum olur ki, Ərizəçi xx xxxx 1981-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Yevlax rayonu Yuxarı Qarxun kəndində qeydiyyatındadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, xx xxxxxx 1973-cü il tarixli, İİ ЖГ 323035 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X4 xx xxxxxx 1973-cü ildə Yevlax rayonunda anadan olmuş, atası X7, anası X5r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının Yuxarı Qarxun kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxxxxx 2021-ci il tarixli, 253 saylı arayışından məlum olur ki, Ərizəçi həqiqətən Yevlax rayonu Yuxarı Qarxun kəndində yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının Yuxarı Qarxun kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxxxx 2021-ci il tarixli, 432 saylı arayışından məlum olur ki, Yevlax rayonu Yuxarı Qarxun kənd sakini olmuş 1973-cü il təvəllüdlü mərhum X4 xx xxx 2000-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3 maddəsinə əsasən, şəxsin ölümünün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X4 xx xxx 2000-ci il tarixdə vəfat etmişdir. Məhkəmə belə hesab edir ki, X4 xx xxx 2000-ci il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X1 xx xxx 2000-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Bu qətnamə Maraqlı şəxs tərəfindən müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-792/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-792/2021
08.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver