Məhkəmə qərarları › İş №2(039)-838/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-838/2021

07.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-838/2021 07.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə” dair ərizəsinə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qeyd etməklə, şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, mərhum oğlu X2 12 fevral 2021-ci il tarixdə Yevlax rayonu Qaramanlı kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, onun oğlu X6 12.02.2021-ci il tarixdə vəfat etmişdir. Onun qəbri hal-hazırda Yevlax rayonu Qaramanlı kəndində yerləşən kənd qəbiristanlığındadır. Oğlunun adına ölüm haqqında şəhadətnamə əldə etmək üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin tələbi təmin edilməmişdir. Qeyd olunan faktı başqa cür əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək, məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 10.03.2021-ci il tarixli, 520 №li məktubda X2 ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edildikdən sonra ona ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olduğu bildirilmişdir. İş materiallarında olan AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsindən görünür ki, X6 28.04.1988-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Mingəçevir regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş 07.02.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 384070 №li nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X6 ilə X1 arasında bağlanmış nikah 2020-ci ilin fevral ayının 07-ci günündə akt qeydləri kitabında 83 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Sayılov, arvada isə Cabbarova soyadı verilmişdir. İş materiallarında olan Xİİİ-ЖГ 347039 doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 28 aprel 1988-ci il təvəllüdlü X2 atası Ərizəçi, anası Rəhimova Familə Əliş qızıdır. İş materiallarında olan Yevlax Rayon Mərkəzi X5 Şəxsi tərəfindən verilmiş arayışdan görünür ki, 28.04.1988-ci il təvəllüdlü X6 həqiqətən 12 fevral 2021-ci il tarixdə saat 19:40 radələrində ölü olaraq təcili yardım maşını ilə xəstəxananın Təcili şöbəsinə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 və X4 ifadələrində ərizəçinin qayını və qonşuları olduqlarını, X2 12 fevral 2021-ci ildə Yevlax rayonu Qaramanlı kəndində öldüyünü və Qaramanlı kənd qəbirstanlığında dəfn olunduğunu bildirdilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatı, şahid ifadələri və digər mötəbər sübutlar əsasında təsdiq olundu ki, 28 aprel 1988-ci ildə doğulmuş X6 12 fevral 2021-ci il tarixdə Yevlax rayonu Qaramanlı kəndində ölmüşdür. Ərizəçi ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən düzgün olaraq məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ərizə əsaslıdır və təmin edilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 28 aprel 1988-ci ildə doğulmuş X2 12 fevral 2021-ci il tarixdə Yevlax rayonu Qaramanlı kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölümün müvafiq icra orqanında qeydə alınması üçün əsasdır. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar