Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-86/2023 16.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdelər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi idarəsinə qarşı «çıxarışların və bağışlama müqaviləsinin ləğv edilməsi, payların müəyyən edilməsi və evə köçürülmə» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdelər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi idarəsinə qarşı «çıxarışların və bağışlama müqaviləsinin ləğv edilməsi, payların müəyyən edilməsi və evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçılar 16 yanvar 2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Cavabdelər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. İddiaçıların iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizəsinin dəlillərini nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Hesab edirəm ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdelər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi idarəsinə qarşı «çıxarışların və bağışlama müqaviləsinin ləğv edilməsi, payların müəyyən edilməsi və evə köçürülmə» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdelər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi idarəsinə qarşı «çıxarışların və bağışlama müqaviləsinin ləğv edilməsi, payların müəyyən edilməsi və evə köçürülmə» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-86/2023
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-86/2023
16.01.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver