Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-908/2021 29.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili X2 iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 20 avqust 2015-ci il təvəllüdlü X1 üçün hər ay 200 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə 2014-cü ildə ailə qurub evlənməklə nikahlarını 08 dekabr 2015-ci ildə rəsmiləşdirmişlər. Bu nikahdan 20 avqust 2015-ci il təvəllüdlü X7 adında övladı dünyaya gəlmişdir. Hazırda usaq onun himayəsindədir. Cavabdehlə aralarında olan nikah qeydi Yevlax Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(039)-393/2021 saylı qətnaməsinə əsasən ləğv edilmişdir. Onların bir övladı vardır və onun saxlanması cavabdehlə onun birgə borcudur. Cavabdeh uşağın saxlanması üçün heç bir maddi yardım göstərmirr, maddi vəziyyəti ağırdır, uşağın saxlanmasında çətinlik çəkir. Cavabdeh ustadır, aylıq qazancı 1000-1500 manat civarındadır. Hesab edir ki, o, bir uşaq üçün hər ay 200 manat aliment ödəməlidir. Bu baxımdan cavabdehin fərdi əməklə məşğul olmasını və qazancının kifayət qədər olmasını nəzərə alıb bir uşaq üçün hər ay 200 manat sabit pul alimentin ödənilməsini istəyir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, fərdi işlə məşğul olur, daimi qazancı yoxdur. Lakin hər ay 120 manat aliment ödəməyə razıdır. Təqdim edilmiş sənədlərin surətləri ilə təsdiq olunur ki, tərəflərin 20 avqust 2015-ci il təvəllüdlü X8 adlı bir övladları vardır. Yevlax Rayon Məhkəməsinin 2(039)-393/2021 №-li, 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, nikahın pozulduqdan sonra 20.08.2015-ci il təvəllüdlü X4 anası İddiaçı yanında qalması qət edilmişdir. Ailə Məcəlləsi: Maddə 75.1 valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2 sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2021-ci il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən 1 yanvar 2021-ci ildən uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehdən övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində aliment tutulmalıdır. Qeyd olunmalıdır ki, İddiaçı, Cavabdeh hər ay 200 manat sabit pul məbləğində alimentin tutulması barədə iddia irəli sürsə də, cavabdehin buna maddi imkanın olmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 20 avqust 2015ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment hər ay 140 manat sabit pul məbləğində müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutara, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 20 avqust 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 02 aprel 2021-ci il tarixdən başlayaraq hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Ödənilməli olan dövlət rüsumunun əvəzi 30 (otuz) manat Cavabdeh dövlət büdcəsi xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-908/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-908/2021
29.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver