Məhkəmə qərarları › İş №2(039)-94/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-94/2023

28.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-94/2023 28.02.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı1 və onun vəkili X4 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ümumi birgə mülkiyyətdə olan əmlakın bölünməsi və miras əmlakının vərəsələr arasında payının müəyyən edilməsi tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli **********54-10301 reyestir nömrəli çıxarışla Yevlax rayonu Xanabad kəndində yerləşən 0.1203 ha torpaq sahəsindən onların - mülkiyyətçilər İddiaçı1 və İddiaçı2 payının ayrılmasını, həmçinin vəfat etmiş anası X2 mülkiyyətində olmuş torpaq sahəsinə münasibətdə tam olaraq onların miras payının müəyyən edilməsini, həmçinin X11nun ümumbirgə mülkiyyətində olan torpaq sahəsinin anasına münasibətdə payının, həmçinin atasına aid mirası qəbul etmiş, onlara atasına münasibətdə mirası payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Sonradan məhkəmə hazırlıq iclası zamanı iddia tələbinin həcminin azaldılmasına dair ərizələrində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli **********54-10301 reyestir nömrəli çıxarışla Yevlax rayonu Xanabad kəndində yerləşən 0.1203 ha torpaq sahəsində onların - mülkiyyətçilərin İddiaçı1 və İddiaçı2 payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçılar tələblərini belə əsaslandırmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** nömrəli çıxarışa əsasən Yevlax rayonu Xanabad kəndində yerləşən Daşınmaz Əmlakın ümumi sahəsi 136.56 ha olan torpaq sahəsinin ölçüsü 0.1203 ha olan hissəsi İddiaçı1, X5, İddiaçı2, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X23, X12 ümumi birgə mülkiyyətinə verimişdir. İddiaçılar hər ikisi bacı olmaqla İddiaçı1 və İddiaçı2 hazırda hüquq sahibləri olan X19 və X1 nikahdan olan övladlardır. Cavabdehlər isə həm torpaq sahibləri, yəni ümumbirgə mülkiyyətdə olan mülkiyyətçiləridir. Digər torpaq sahəsinin mülkiyyətçisi X24 isə hazırkı cavabdehlərin vəfat etmiş oğludur. Qeyd olunan əmlak torpaq sahəsindən və yaşayış evindən ibarətdir. Yaşayış evi ümumilikdə tam olaraq mərhum X11nun tam mülkiyyətində olmuşdur. Eyni ilə torpaq sahəsinin bir hissəsidə onun mülkiyyətində olmuşdur. Atasına aid olan fərdi yaşayış evi aralarında bölünmüşdür, evlə bağlı heç bir mübahisələri yoxdur. Ancaq mübahisə torpağa aid müstəvidə gedir. Cavabdehlər ona aid olan bütün torpaq sahəsini əllərində saxlamışlar. O, bu torpaq sahəsindən istifadə edə bilmir. Onun ərazisində olan topraq sahəsi isə Bələdiyyə torpaq sahəsidir. Digər məsələ isə anası X6 xx.xx.2019-cu il tarixində vəfat etmiş, anası onlar iddiaçıların valideynidir. Digər cavabdehlərə münasibətdə onların bioloji anası deyildir. Ona aid torpaq sahəsini onlar qəbul etmiş, yəni faktiki yaşamaqla ona aid olan bütün torpaq sahəsini onlar idarə edərək mirası qəbul etmişdir. X11 xx.xx.2008-ci il tarixində vəfat etmişdir. Onun adına olan torpaq sahəsi ¼ pay cavabdehlərə münasibətdə, ¾ pay isə onlara münasibətdə bölünməlidir. Bu səbəbdəndə aralarında ciddi mübahisə və ixtilaf vardır. Ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinə yaşadığı ev və həmin torpaq sahəsinin bir hssəsi düşür. Həmin torpaqlardan ümumi birgə istifadə edilir, ancaq müəyyən ziddiyətlər bügünə kimi aralarında qalmaqdadır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli **********54-10301 reyestr nömrəli çıxarışla Yevlax rayonu Xanabad kəndində yerləşən 0.1203 ha torpaq sahəsində onlar mülkiyyətçilərin İddiaçı1 və İddiaçı2 payının müəyyən edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunaraq Yevlax rayonu Xanabad kəndində yerləşən 0.1203 ha torpaq sahəsində onların- mülkiyyətçilərin İddiaçı1 və İddiaçı2 payının müəyyən edilməsin xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Fərhad Məmmədov iddiaçı ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlmədiklərindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, tərəfin izahatını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqları Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat №-li xx.xx.2020-ci il tarixli çıxarışından görünür ki, Yevlax rayonu Xanabad kəndində 0.1203 hektar yaşayış məntəqələrinin torpaqları sahəsinə İddiaçı1, X3, İddiaçı2, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X13 və X12 birgə mülkiyyət hüququ qeydiyyata alınmışdır. Yevlax Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 018583 №-li ölüm haqqında şəhatdətnamədən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir; Yevlax rayonu, Ərəbbəsrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AZ-İ seriyalı 299139 №-li ölüm haqqında şəhatdətnamədən görünür ki, X27 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir; Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən 49 saylı xx.xx.2022-ci il tarixli sərəncamından görünür ki, İddiaçı1 ərizəsi nəzərə alınaraq o, xəstə 2-ci qrup əlil Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş bacısı xx.xx.1988-ci il tarixdə anadan olmuş İddiaçı2 üzərində qəyyum təyin edilməsi qərara alınmışdır. Yevlax rayonu Bucaq kən sovetliyi tərəfindən xx.xx.1988-ci il tarixdə verilmiş Xİİİ-ЖГ seriyalı 321410 №-li doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı2 X11 anası X10r. Yevlax rayonu Bucaq kən sovetliyi tərəfindən xx.xx.1989-cu il tarixdə verilmiş Xİİİ-ЖГ seriyalı 403541 №-li doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1989-cu il təvəllüdlü X7 X11 anası X10r. Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş nikah akt qeydindən görünür ki, X27 ilə X8 arasında bağlanmış nikah 1987-ci ilin may ayının 25-ci günündə akt qeydləri kitabında 24 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Qəzərov, arvada isə Qəzərova soyadı verilmişdir. Yevlax rayon Qeydiyyat Şöbəsinin 05/09/S/061926-23 №-li, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2019-cu ilədək daxil edilmiş bütün vətandaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir. xx.xx.1955-ci il təvəllüdlü X5, əri xx.xx.1934-cü il təvəllüdlü X27 (vəfat edib), qızı xx.xx.1988-ci il təvəllüdlü İddiaçı2, qızı xx.xx.1989-cu il təvəllüdlü X14. Yevlax rayon Qeydiyyat Şöbəsinin 05/09/S/047848-22 №-li, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2008-ci ilədək daxil edilmiş bütün vətandaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir. xx.xx.1934-cü il təvəllüdlü X23, əri (arvadı) xx.xx.1955-ci il təvəllüdlü X9 (vəfat edib), oğlu xx.xx.1960-cı il təvəllüdlü X25, oğlu xx.xx.1968-ci il təvəllüdlü X20, qızı xx.xx.1988-ci il təvəllüdlü İddiaçı2 və qızı xx.xx.1989-cu il təvəllüdlü X15. Məhkəmənin sorğusuna əsasdən DƏDK və RPHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinin məhkəməyə təqdim etdiyi məktubda göstərilmişdir ki; Daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəsi olan çıxarış ləğv olunmuş DT və XK-nin Yevlax rayon şöbəsi tərəfindən verilmiş JN-003F nömrəli torpağın müliyyətinə verilməsinə dair şəhadətnamə və Yevlax şəhər İHB-nın Ərəbbəsrə kənd İƏDnin üzrə nümayəndəliyinin arayışı əsasında verilmişdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Məhkəmə, mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq belə qənaətə gəlir ki, iddiaçılar özlərinə məxsus olan hissədə paylarının ayrılmasını tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alan məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat №-li çıxarışı ilə İddiaçı1 və başqalarına ümumi birgə mülkiyyət hüququ əsasında məxsus Yevlax rayonu Xanabad kəndində yerləşən 0,1203 ha yaşayış məntəqələrinin torpaqları sahəsinin 8/1 hissəsinə iddiaçıların hər birinin payı müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat №-li çıxarışı ilə İddiaçı1 və başqalarına ümumi birgə mülkiyyət hüququ əsasında məxsus olan Yevlax rayonu Xanabad kəndində yerləşən 0,1203 ha yaşayış məntəqələrinin torpaqları sahəsinin 8/1 hissəsinə İddiaçı1 və 8/1 hissəsinə İddiaçı2 payları müəyyən edilsin. Qətnamədə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver