Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-591/2025 01.04.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs1 iştirakları ilə, Ərizəçi “mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair” ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 ilə bağlı xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Bərdə rayon 1 saylı Mediasiya Təşkilatında 1) Maraqlı şəxs1 ilə aralarında bağlanmış 28 oktyabr 2024-cü il tarixli MŞB/MT039-2024-01238 saylı və 2) Maraqlı şəxs2 ilə aralarında bağlanmış 28 oktyabr 2024-cü il tarixli MŞB/MT039-2024-01239 saylı barışıq sazişlərinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 14 ildir Bərdə rayonunda “köhnə bazar” kimi tanınan ərazisində fəaliyyət göstərən “Samux market”in 2 müdiri olan yəni, Maraqlı şəxs1 və Maraqlı şəxs2 rəhbəri olduğu topdansatış mağazasında fəhlə işləmişdir. Belə ki, 01 may 2017-ci il tarixdə 3 nömrəli əmrlə Maraqlı şəxs1 ilə aralarında əmək müqavlǝsi olub, eyni ilə də Maraqlı şəxs1 ilə yenidən 01 aprel 2020-ci il tarixdə bağlanmış müqavilə ilə, 01 avqust 2021-ci il tarixdə isə digər maraqlı şəxs olan Maraqlı şəxs2 ilə əmək müqaviləsi bağlayaraq həmin mağazada işləmişdir. Lakin ona məlum olmayan vaxtlarda Maraqlı şəxs1 01 may 2017-ci il tarixdə 3 nömrəli əmri ilə, 01 sentyabr 2019-cu il tarixdə 12 nömrəli əmri ilə, 01 aprel 2020-ci il tarixdə 05 saylı əmri ilə, 08 avqust 2021-ci il tarixli 11 nömrəli əmrləri ilə işdən azad edilmişdir. Eyni ilə də 01 avqust 2021-ci il tarixdə 07 nömrəli əmrlə, 01 sentyabr 2022-ci il tarixdə 08 saylı əmrlə Maraqlı şəxs2 əmri ilə ərizələri əsas götürülərək işdən azad edilmişdir. 08 avqust 2021-ci il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə işindən azad edilmişdir. 01 sentyabr 2022-ci ildə Maraqlı şəxs2 8 saylı əmrilə eyni maddə ilə onu işdən azad etmişdir. Lakin indi digər obyektlərdə işə girmək istəyəndə məlum olmuşdur ki, bu iki cavabdeh onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hisəsi ilə texniki səhv olaraq azad ediblər. Halbuki belə hallar olmamış, ya kiminsə ona qarşı və yaxud onun kimsəyə qarşı elə bir hal və hərəkəti ümumiyyətlə olmamışdır. Bu tamamilə yanlış əmrdir. İndi onun hardasa işə götürülməsi ciddi problem yaradır. Hesab edir ki, barəsində işdən azad edilməsinə görə verilmiş Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi etibarsız hesab edilməlidir. Mediasiyaya müraciət edilmiş, mediasiya prosesində 18 yanvar 2025-ci il tarixli ******* və ******* saylı arayışlar verilmişdir. X1 isə dəfələrlə şifahi müraciət etsələr də, nə rəsmi, nə də qeyri-rəsmi cavab verməmişlər. Azərbaycan Respublikası Əmək məcəlləsinin 84-cü maddəsinin 2-ci bəndinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmǝ tərəfindən etibarsız hesab edilə bilər. Odur ki, qanunvericiliyin tələblərinə uyğun olaraq o da məcbur qalıb məhkəmǝyǝ müraciət etməli olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq, Maraqlı şəxs2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Maraqlı şəxs2 iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəyə uyğun izahat verərək, Məhkəmədən mediasiya prosesində 28 oktyabr 2024-cü il tarixdə onun Maraqlı şəxs1 ilə aralarında bağlanmış MŞB/MT039-2024-01238 saylı və Maraqlı şəxs2 ilə aralarında bağlanmış MŞB/MT039- 2024-01239 saylı barışıq sazişlərinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, əslində Ərizəçi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə işdən azad etmişdir. Lakin əmək müqaviləsi bildirişinin altsistemində texniki səhv olaraq işçi ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndi ilə xitam verildiyi qeyd edilmişdir. Ərizəçi ilə aralarında Bərdə 1 saylı Mediasiya Təşkilatında bağlanmış 28 oktyabr 2024-cü il tarixli MŞB/MT039-2024-01238 saylı barışıq sazişini qəbul edir, əmək müqaviləsinə barışıq sazişinə uyğun düzəliş edilməsinə razıdır, barışıq sazişinin təsdiq edilməsiniməhkəmədən xahiş edir. İş materiallarında olan: Bərdə 1 saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediator X2 tərəfindən təsdiq edilmiş, Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış 28 oktaybr 2024-cü il tarixli MŞB/MT039-2024-01238 nömrəli barışıq sazişinin 2-ci bəndindən görünür ki, 1. Birinci tərəf (Ərizəçi; AA*******; xxxxxxx; xx.xx.1988), İkinci tərəf (Maraqlı şəxs1; AZE ********; xxxxxxx; xx.xx.1977) ilə rəsmi əmək müqaviləsi bağlamış və uzun müddət birlikdə çalışmışdır. İkinci tərəf ilə aralarında bağlanmış 01 may 2017-ci il tarixli xxxxxxx000203 saylı əmək müqaviləsinə dəyişiklik edilən zaman Əmək Məcəlləsinin 69.3cü maddəsi ilə Əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra yenidən ikinci tərəf ilə 01 aprel 2020-ci il tarixli xxxxxxx000300 saylı əmək müqaviləsi bağlamışdır. Əmək müqaviləsinə xitam verilən zaman Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə xitam verilmişdir. Birinci tərəf ikinci tərəf ilə qarşılıqlı razılaşaraq aralarında bağlanmış əmək müqaviləsinin və əmrində dəyişiklik edilməsini bildirdilər. 2. Tərəflər ilə aparılmış söhbət zamanı Mediasiyada qarşılıqlı razılaşaraq bildirdilər: a) İkinci tərəf (Maraqlı şəxs1; AZE ********; xxxxxxx; xx.xx.1977) birinci tərəf ilə aralarında bağlanmış əmək müqaviləsinə və əmrə dəyişiklik edilməsini öz öhdəsinə götürür. b) İkinci tərəf Birinci tərəfin Əmək müqaviləsində və əmrində qeyd olunmuş Əmək Məcəlləsinin 69.3-cü maddəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron bazasında dəyişdirilərək, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun dəyişiklik edilərək qeyd olunmasını öz öhdəsinə götürmüşdür”. İş materiallarında olan: Bərdə 1 saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediator X2 tərəfindən təsdiq edilmiş, Ərizəçi ilə Maraqlı şəxs2 arasında bağlanmış 28 oktaybr 2024-cü il tarixli MŞB/MT039-2024-01239 nömrəli barışıq sazişinin 2-ci bəndindən görünür ki, 1. Birinci tərəf (Ərizəçi; AA*******; xxxxxxx; xx.xx.1988), İkinci tərəf (Maraqlı şəxs2; AZE ********; xxxxxxx; xx.xx.1967) ilə rəsmi əmək müqaviləsi bağlamış və uzun müddət birlikdə çalışmışdır. İkinci tərəf ilə aralarında 01 avqust 2021-ci il tarixli xxxxxxx000400 saylı əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə xitam verilən zaman Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə xitam verilmişdir. Birinci tərəf ikinci tərəf ilə qarşılıqlı razılaşaraq aralarında bağlanmış əmək müqaviləsinin və əmrində dəyişiklik edilməsini bildirdilər. 2. Tərəflər ilə aparılmış söhbət zamanı Mediasiyada qarşılıqlı razılaşaraq bildirdilər: a) İkinci tərəf (Maraqlı şəxs2; AZE ********; xxxxxxx; xx.xx.1967) birinci tərəf ilə aralarında bağlanmış əmək müqaviləsinə və əmrə dəyişiklik edilməsini öz öhdəsinə götürür. b) İkinci tərəf Birinci tərəfin Əmək müqaviləsində və əmrində qeyd olunmuş Əmək Məcəlləsinin 69.3-cü maddəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron bazasında dəyişdirilərək, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun dəyişiklik edilərək qeyd olunmasını öz öhdəsinə götürmüşdür”. İş materiallarında olan: xxxxxxx0002X0 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətindən görünür ki, işəgötürən Maraqlı şəxs1 ilə işçi Ərizəçi arasında əmək müqaviləsinə 01 sentyabr 2019-cu il tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan: xxxxxxx0004X0 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətindən görünür ki, işəgötürən Maraqlı şəxs2 ilə işçi Ərizəçi arasında əmək müqaviləsinə 01 sentyabr 2022-ci il tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin birinci abzası və həmin hissənin “b” və “k” bəndlərindən görünür ki, işəgötürənin əsas vəzifələrinə o cümlədən əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, elektron informasiya sisteminə əmək müqaviləsi ilə bağlı daxil etdiyi məlumatların tam və düzgün olmasını təmin etmək daxildir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.7-ci maddəsinə əsasən, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. -26.1-ci maddəsinə əsasən, ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər:26.1.1. nikahın davam etdirilməsi şərtləri;26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası;26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi;26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası;26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr. -34.1-ci maddəsinə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. -34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): -355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. -355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. -355-26.1-ci maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. -355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, ərizə qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, iş materiallarında olan, mediasiya prosesində bağlanmış barışıq sazişindən müəyyən olunur ki, tərəflər əmək müqaviləsində və əmrində qeyd olunmuş Əmək Məcəlləsinin 69.3cü maddəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron bazasında dəyişdirilərək, Əmək Məcəlləsinin 68.2-ci maddəsinin (a) bəndinə uyğun dəyişiklik edilərək qeyd olunması barədə razılığa gəlmişlər. Ona görə də ərizə təmin edilərək Ərizəçi ilə Maraqlı şəxs2 arasında bağlanmış 28 oktyabr 2024-cü il tarixli MŞB/MT039-2024-01239 nömrəli və Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış 28 oktyabr 2024-cü il tarixli MŞB/MT039-2024-01238 nömrəli barışıq sazişləri məcburi icra olunması üçün təsdiq edilməlidir. İş üzrə Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsində sadalanmış hallar (barışıq sazişinin və onun bir hissəsinin təsdiq edilməsindən imtina edilməsi üçün əsaslar) aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs1 arasında mediasiya prosesində bağlanmış 28 oktyabr 2024cü il tarixli MŞB/MT039-2024-01238 nömrəli barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilsin. Ərizəçi ilə Maraqlı şəxs2 arasında mediasiya prosesində bağlanmış 28 oktyabr 2024cü il tarixli MŞB/MT039-2024-01239 nömrəli barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sisteminə elektron qaydada daxil etmək yolu ilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-591/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-591/2025
01.04.2025 · Barışıq sazişin təsdiqi - Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver