Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1006/2025 18.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aida Sədrəddin qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdehlər Cavabdeh4 və Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 16 saylı Ucar Ərazi İdarəsi cəlb olunmaqla “cavabdehlərin mülkiyyətdə olan əkin sahəsindən məcburi qaydada çıxarılması, torpaqdan istifadəyə edilən maneələrin aradan qaldırılması, qanunsuz hərəkətlərə qadağa qoyulması, torpaq sahələrinin ölçülməsi və sərhədlərin müəyyən olunması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 məhkəmə iddia qaldıraraq 3-cü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 16 saylı Ucar Ərazi İdarəsi cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Kürdəmir rayonu Xırdapay kəndində yerləşən **********05 reyestr nömrəli çıxarışla ümumbirgə mülkiyyətlərində olan əkin sahəsindən məcburi qaydada çıxarılmaları, cavabdehlər tərəfindən torpaqdan istifadəyə edilən maneələrin aradan qaldırılması, cavabdehlərin qanunsuz hərəkətlərinə qadağa qoyulması, torpaq sahələrinin ölçülməsi və sərhədlərin müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 məhkəmə iclasında izahat verərək bildirdi ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 18 avqust 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə ona və ailə üzvlərinə 1.80 ha kənd təsdərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və bu barədə xx.xx.1998-ci il tarixli, JN 282 KOD 90616018 nömrəli dövlət aktı və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X1 şəxsdən Hüquqları dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarış almışlar. Dövlət tərəfindən ona və ailə üzvlərinə verilən torpaq sahəsi ilə onlara qonşu olan çıxarışla Cavabdeh1 ailə üzvləri ilə birlikdə onlara məxsus torpaq sahəsinin 0.91 ha hissəsini zəbt edərək onlara öz mülkiyyətlərindən istifadə etməklərinə manelər törətməklə onların hüquqlarını pozurlar. Bununla əlaqədar məhkəməyə müraciət etsə də cavabdeh kimi tək Cavabdeh4 göstərdiyi üçün aralarında olan mübahisə düzgün həll edilməmiş buna görə də aidiyyəti orqanlara, yəni Daşınmaz Əmlakın Dövlət Kadastrı və X1 Şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etdikdən sonra və məsul şəxs kimi onların verdikləri sonuncu rəydən sonra məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, qeyd etdiyi idarə mütəxəsissləri ilə birlikdə gələrək onlara məxsus və cavabdehlərə məxsus torpaq sahəsini ölçdükdən sonra həqiqətən cavabdehlərin onların ailəyə məxsus torpaq sahəsinin 0.91 ha hissəsini zəbt etdikləri müəyyən olunmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 məhkəmə iclasında digər İddiaçı1 ilə eyni məzmunda izahat verərək, bildirdi ki, cavabdehlərin onların ailəyə məxsus torpaq sahəsinin 0.91 ha hissəsini zəbt etdikləri müəyyən olunmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 izahat verərək bildirdi ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 18 avqust 1998-ci il tarixli 08 saylı qərarı ilə onlara 1.2513 ha torpaq sahəsi ayrılmış, bu barədə onlara mülkiyyət hüququna dair çıxarış verilmişdir. İddiaçının tələb etdiyi torpaq sahəsinin hazırda onun istifadəsində olan torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə verilmiş eyni iddia təmin edilməmiş, yuxarı instansiya məhəməsi tərəfindən də həmin qətnamə qüvvədə saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 məhkəmə iclasında digər Cavabdeh4 ilə eyni məzmunda ifadə verərək, iddia tələblərinin təmin edilməməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib və işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə məhkəmə baxışına hazırlığın icraatına xitam verilməlidir. İşin faktiki hallarından görünür ki, eyni tərəflər arasında eyni predmet barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-95/2024 saylı qətnaməsinə əsasən Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən əkin sahəsindən Cavabdeh4 məcburi qaydada çıxarılması, cavabdeh tərəfindən torpaqdan istifadəyə edilən maneələrin aradan qaldırılması barədə iddia tələbi təmin edilməmişdir. İddiaçılar hazırki iş üzrə yenidən iddia qaldıraraq 3-cü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 16 saylı Ucar Ərazi İdarəsi cəlb edilməklə cavabdehehlərin siyahısına digər ailə üzvlərini də əlavə etməklə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Kürdəmir rayonu Xırdapay kəndində yerləşən **********05 reyestr nömrəli çıxarışla ümumbirgə mülkiyyətlərində olan əkin sahəsindən məcburi qaydada çıxarılmaları, cavabdehlər tərəfindən torpaqdan istifadəyə edilən maneələrin aradan qaldırılması, cavabdehlərin qanunsuz hərəkətlərinə qadağa qoyulması, torpaq sahələrinin ölçülməsi və sərhədlərin müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Kürdəmir Rayon Məhkəməsinin icraatında olmuş, iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh4 qarşı “cavabdehin mülkiyyətdə olan əkin sahəsindən məcburi qaydada çıxarılması, torpaqdan istifadəyə edilən maneələrin aradan qaldırılması, qanunsuz hərəkətlərə qadağa qoyulması, torpaq sahələrinin ölçülməsi və sərhədlərin müəyyən olunması” tələbinə dair xx.xx.2024-cü il tarixli, 2(041)-95/2024 saylı mülki işə baxış keçirilmiş, müəyyən olunmuşdur ki, 2(041)- 95/2024 saylı qətnamə ilə iddia tələbi təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(106)-1609/2024 saylı qətnaməsi ilə həmin qərardan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-95/2024 saylı qətnaməsi İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Bununla da məhkəmə hesab edir ki, artıq eyni tərəflər arasında mübahisə həll edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. MPM-in 262.4-cü maddəsində təsbit edilmişdir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. MPM-in 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 262-264, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə cəlb edilməklə “cavabdehlərin mülkiyyətdə olan əkin sahəsindən məcburi qaydada çıxarılması, torpaqdan istifadəyə edilən maneələrin aradan qaldırılması, qanunsuz hərəkətlərə qadağa qoyulması, torpaq sahələrinin ölçülməsi və sərhədlərin müəyyən olunması” tələbinə dair 2(041)-1006/2025 saylı mülki işin icraatına xitam verilsin. İzah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-1006/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1006/2025
18.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Sair mülki iş - Torpaq mübahisələri - Maneənin aradan qaldırılması - Qanunsuz tikilinin sökülməsi - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver