Məhkəmə qərarları › İş №2(041)-1008/2024

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1008/2024

09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1008/2024 09.04.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X4 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçının nümayəndəsi X1 Cavabdeh3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Kürdəmir rayonu İcra Hakimiyyətinə, DƏDRX-nin 16 saylı Ucar Ərazi idarəsinə və Cavabdeh3 qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi, müvafiq qeyd dövlət reyestrindən çıxarılmaqla çıxarışın ləğv edilməsi, qanunsuz tikililərin sökülməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC cavabdehlər Cavabdeh1nə, DƏDRX-nin 16 saylı Ucar ərazi idarəsinə və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1) Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış və sonuncuya MA ******* seriyalı çıxarışın verilməsinə səbəb olan torpaq icarə müqaviləsinin etibarsız hesab edilməsi; 2) müvafiq qeyd dövlət qeydiyyatından çıxarılmaqla DƏDRX-nin 16 saylı Ucar ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli **********72-12301 reyestr nömrəli, **********5 qeydiyyat nömrəli, MA ******* seriyalı çıxarışın ləğv edilməsi və 3) Cavabdeh3 tərəfindən iddiaçının istifadəsində olan torpaq sahəsində inşa edilmiş yanacaq doldurma məntəqəsi və digər tikililərin onun tərəfindən öz hesabına sökülməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək; 1) Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış və sonuncuya MA ******* seriyalı çıxarışın verilməsinə səbəb olan torpaq icarə müqaviləsinin etibarsız hesab edilməsi; 2) müvafiq qeyd dövlət qeydiyyatından çıxarılmaqla DƏDRX-nin 16 saylı Ucar ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli **********72-12301 reyestr nömrəli, **********5 qeydiyyat nömrəli, MA ******* seriyalı çıxarışın ləğv edilməsi; 3) Cavabdeh3 tərəfindən iddiaçının istifadəsində olan torpaq sahəsinin 2 ha hissəsində inşa edilmiş yanacaq doldurma məntəqəsi və 4 ha hissəsində inşa edilmiş digər tikililərin onun tərəfindən öz hesabına sökülməsinin təmin edilməsi və 4) ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azəbaycan Respublikasının MPM-nin 53-cü maddəsində göstərilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək, Cavabdeh3 ilə imzalanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Cavabdeh3 da ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlər Kürdəmir rayonu İcra Hakimiyyətinə və DƏDRX-nin 16 saylı Ucar Ərazi idarəsinə məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə hər iki cavabdehin verilmiş iddia tələbləri üzrə mənafelərinin pozulmadıqlarını, Cavabdeh3 mülkiyyətində olan olan torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı işə cəlb edildiklərini nəzərə alaraq, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdim edilmiş barışıq sazişini, iddiadan imtina barədə iddiaçının nümayəndəsinin ərizəsini və işdə olan sənədləri araşdıraraq hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və bu əsasla da, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosesual hərəkətlərin nəticələrini izah edir. Məhkəmə tərəflərin barışıq sazişini təsdiq etdikdə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər aralarında barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdehlər Kürdəmir rayonu İcra Hakimiyyətinə, DƏDRX-nin 16 saylı Ucar Ərazi idarəsinə və Cavabdeh3 qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi, müvafiq qeyd dövlət reyestrindən çıxarılmaqla çıxarışın ləğv edilməsi, qanunsuz tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 262-264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: 1.Aşağıda göstərilən məzmunda tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilsin: 1.1 Heydərov X2 rayonu, Çöhranlı kəndi ünvanında İddiaçı MMC-nin icarəsində olan **********10 reyestr nömrəli 207.83 ha torpaq sahəsinin onun tərəfindən zəbt edilən hissəsinin (Cavabdeh3 məxsus **********72-12301 reyestr nömrəli daşınmaz əmlakın yerləşdiyi 2.0 ha torpaq sahəsi ilə İddiaçı MMC-nin icarəsində olan **********10 reyestr nömrəli torpaq sahəsinin üst-üstə düşən hissəsi istisna olmaqla) boşaldılmasını, İddiaçı MMC isə icarəsində olan **********10 reyestr nömrəli 207.83 ha torpaq sahəsinin Cavabdeh3 məxsus **********72-12301 reyestr nömrəli daşınmaz əmlakın yerləşdiyi 2.0 ha torpaq sahəsi ilə üst üstə düşən hissəsi üzərində öz hüquqlarından tərəflər arasında öncədən əldə edilmiş şifahi razılaşma əsasında imtina etdiyi üçün İddiaçı MMC-yə verilən hüquqmüəyyənedici və texniki sənədlərdə torpaq sahəsinin kadastr göstəricilərinə qeydiyyat orqanı tərəfindən müvafiq dəyişikliklərin artıq icra edilib başa çatdığını da nəzərə alıb mülki iş üzrə icraata xitam verilməsinə dair müvafiq vəsatətlə məhkəməyə müraciət olunmasını öhdəsinə götürür. 1.2. Cavabdeh3 barışıq sazişinin 1-ci bəndində üzərinə götürdüyü öhdəliyi icra edəndən sonra İddiaçı MMC bu Barışıq sazişinin preambulasında qeyd olunan iddia tələbi ilə çıxış etməyəcəyinə təminat verir. 1.3. Tərəflər bu Sazişin təsdiq edilməsi üçün müvafiq sənədləşdirmənin aparılmasını və hazırki iş üzrə iddia tələbinə dair məhkəmə icraatına xitam verilməsi üçün vəsatətlə məhkəməyə müraciət edilməsini öhdəsinə götürürlər. 1.4. Barışıq sazişi imzalandığı andan qüvvəyə minir və Cavabdeh3 tərəfindən bu Barışıq sazişin 1-ci bəndində nəzərdə tutulan öhdəliklərin icrası həyata keçirilənədək qüvvədədir. 1.5. Tərəflər arasında bu Barışıq sazişdən irəli gələn mübahisələrin həllinə qarşılıqlı anlaşma və razılıq yolu ilə nail olacaqlar. 1.6.Tərəflər arasında bu Barışıq sazişi ilə tənzimlənən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həll ediləcəkdir. 1.7. Hazırki Barışıq sazişi eyni hüquqi qüvvəyə malik və Azərbaycan dilində olan 3 (üç) nüsxədə tərtib olunur. Barışıq sazişinin bir nüsxəsi İddiaçı MMC-də, bir nüsxəsi Cavabdeh3, 3-cü nüsxəsi isə məhkəməyə təqdim edilir.

2. İddiaçı MMC-nin cavabdehlər Kürdəmir rayonu İcra Hakimiyyətinə, DƏDRX-nin 16 saylı Ucar Ərazi idarəsinə və Cavabdeh3 qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi, müvafiq qeyd dövlət reyestrindən çıxarılmaqla çıxarışın ləğv edilməsi, qanunsuz tikililərin sökülməsi tələbinə dair iddiasına dair mülki iş üzrə icraata xitam verilsin.

3. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildiyinə görə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.

4. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə şikayət verilə bilər.

HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar