Məhkəmə qərarları › İş №2(041)-1203/2024

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1203/2024

09.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Sair mülki iş - Digər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1203/2024 09.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X4 Xalıq oğlunun sədrliyi, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ona məxsus olan torpaq sahəsindən məcburi qaydada çıxarılması və nar ağaclarının cavabdehlərin öz vəsaitləri hesabına çıxarılması və yerinin əvvəlki vəziyyətdə ona qaytarılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan torpaq sahəsindən məcburi qaydada çıxarılması, onun torpaq sahəsində ondan icazəsiz əkdiyi nar ağaclarının onun öz vəsaiti hesabına çıxarılması və yerinin əvvəlki vəziyyətində ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hazırki iddia tələbində iddiaçı mülkiyyətində olan, Kürdəmir rayon Sığırlı kəndi ərazisində yerləşən 1.3895 ha torpaq sahəsindən cavabdehin çıxarılmasını tələb etdiyi halda, iddia ərizəsinə əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair ********** nömrəli çıxarışda həmin torpaq sahəsinin iddiaçıdan əlavə 2 nəfər ailə üzvünün (X1, X2) ümumi birgə mülkiyyətində olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Məhkəmə hesab edir ki, ümumi mülkiyyətdə olan əmlakla bağlı hər hansı tələbə digər mülkiyyətçilərin münasibətləri məlum olmazsa, onlardan hər hansı birinin həmin əmlaka dair mübahisəsi subyektiv hüquqdan kənar hesab edilir və həmin şəxsin təkbaşına məhkəmədə iddia qaldırması və iddia ərizəsini imzalaması mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilmir. Hazırki iş üzrə də, ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi ilə bağlı ümumi birgə mülkiyyətçilərdən biri İddiaçı qismində çıxış edə bilməz. Azərbaycan Respublikasının MPM-nin 149.1-ci maddəsinə görə iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikasının MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 261, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı ona məxsus olan torpaq sahəsindən məcburi qaydada çıxarılması və nar ağaclarının cavabdehlərin öz vəsaitləri hesabına çıxarılması və yerinin əvvəlki vəziyyətdə ona qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işin məhkəmə baxışına hazırlığın icraatına xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver