Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1239/2024 18.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon Məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi, icarə haqqının ödənilməsi və cavabdehin torpaq sahəsindən əmlakları ilə birlikudə çıxarılması tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək İddiaçı ilə Cavabdeh arasında bağlanmış 14 fevral 2002-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, 9856 manat məbləğində icarə haqqı borcunun cavabdehdən alınaraq Pirili Bələdiyyəsinin hesabına ödənilməsi və Cavabdeh əmlakları ilə birlikdə həmin torpaq sahəsindən məcburi qaydada çıxarılmaqla, torpaq sahəsinin cavabdeh tərəfindən əvvəlki vəziyyətinə gətirilməklə Pirili Bələdiyyəsinə qaytarılmasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərə təyin edilərək məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Qeyd olunduğu kimi, tərəflər rəsmi qaydada xəbərdar edilsələr də, onlar məhkəməyə gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi, icarə haqqının ödənilməsi və cavabdehin torpaq sahəsindən əmlakları ilə birlikudə çıxarılması tələbinə dair iddia ərizəsi tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən ərizəni baxılmamış saxlamaq üçün əsas olan hallardan biri də işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflərin məhkəməyə gəlməməsidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263- 264, 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi, icarə haqqının ödənilməsi və cavabdehin torpaq sahəsindən əmlakları ilə birlikudə çıxarılması tələbinə dair iddia ərizəsi tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə baxılmamış saxlansın. Qərardaddan qərardad tərəflərə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətinə qərardadı çıxaran məhkəməyə şikayət verə bilər. Hakim: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-1239/2024
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1239/2024
18.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi - Torpaq mübahisələri - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver