Məhkəmə qərarları › İş №2(041)-179/2023

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-179/2023

30.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-179/2023 30.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə İddiaçı Kürdəmir rayon Xırdapay Bələdiyyəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı torpağa mülkiyyət hüququnun qeydə alınmasının ləğv edilməsi, evin kommunikasiya sahəsinin girişdə olan hasarın sökülməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkməyə müraciət edərək qismən, Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən mülkiyyətində olan yaşayış binasının kommunikasiyası olan torpaq sahəsinin ölçüsü boyda qonşuluqda 0,058 ha torpaq sahəsinə dair Cavabdeh adına ********** nömrəsi ilə Hüquqların Dövlət qeydiüyyatı haqqında əmlakın Dövlət reyestrində mülkiyyət hüququnun qeydə alınmasının ləğv olunması, mülkiyyətində olan yaşayış binasının kommunikasiyası xətti olan cavabdeh tərəfindən torpaq sahəsinə bağlanmış girişin sökülərək açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, A 487864 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Məmmədov X1 rayonu Xırdapay kəndi ərazisində yerləşən 0,058 ha torpaq sahəsini Kürdəmir rayon Dövlət notariat kontorunda xx.xx.2020-ci il tarixdə bağlanmış 4Ə-113 nömrəlli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüqüqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Kürdəmir rayonu, Xırdapay kəndində 0,058 ha ölçüdə torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydə alınmış və bu barədə Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 49 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarından göründüyü kimi Cavabdeh hazırda xüsusi mülkiyyətində olan Kürdəmir rayon Xırdapay kəndi ərazisində yerləşən 0,058 ha torpaq sahəsini Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən əldə etdikdən sonra həmin torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xx.xx.2020-ci il tarixdə Çıxarış almışdır. Məhkəmə heseb edir ki, İddiaçı cavabdeh Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən mülkiyyətində olan yaşayış binasının kommunikasiyası olan torpaq sahəsinin ölçüsü boyda qonşuluqda 0,058 ha torpaq sahəsinə dair Cavabdeh adına ********** nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestrində mülkiyyət hüququnun qeydə alınmasının ləğv olunması tələbinə baxılması İnzibati məhkəməyə aid olduğundan iddia tələbinə həmin hissədə xitam verilməklə qərardad qəbul ediliməlidir. Belə ki İddiaçı iddia tələbində Kürdəmir rayon Xırdapay Bələdiyyəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı torpağa mülkiyyət hüququnun qeydə alınması ilə birlikdə evin kommunikasiya sahəsinin girişdə olan hasarın sökülməsini tələb edir. Başqa sözlə iddiaçı Cavabdeh adına ********** nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestrində mülkiyyət hüququnun qeydə alınmasının ləğv olunmasının inzibati orqan olan Kürdəmir rayon Xırdapay Bələdiyyəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulması barədə məhkəmə aktının qəbuluna nail olmaq istəməkdədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatının 2-ci sırasının 31.1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) və İV-cü sırasına əsasən Azərbaycan Respublikasının bələdiyyələri inzibati orqanlara aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirirlir. Həmin Məcəllənin 2.2.1-ci maddəsinin tələbinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə olan halda məhkəmə heseb edir ki, hazırki şəraitdə iddia tələbinin Kürdəmir rayon Xırdapay Bələdiyyəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı torpağa mülkiyyət hüququnun qeydə alınmasının ləğv edilməsi tələbinə dair hissədə xitam verilməli və göstərilən iddia tələbi ilə bağlı inzibati məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. Həmin Məcəllənin 263.5-ci maddəsinin tələbinə görə qərardad şifahi elan olunur və məhkəmənin iclas protokoluna yazılır. Qərardadda onun hansı məsələ üzrə çıxarıldığı, məhkəmənin gəldiyi nəticələrin səbəbləri və baxılan məsələ üzrə nəticə göstərilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Kürdəmir rayon Xırdapay Bələdiyyəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı torpağa mülkiyyət hüququnun qeydə alınmasının ləğv edilməsi tələbinə dair hissədə xitam verilsin. İddiaçıya göstərilən iddia tələbi ilə bağlı inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan qərardad tərəflərə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətinə qərardadı çıxaran məhkəməyə şikayət verə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver