Məhkəmə qərarları › İş №2(041)-237/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-237/2025

18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-237/2025 18.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi İddiaçıAçıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul məbləğinin tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2024-cü il 3 aprel tarixli 07/03097 nömrəli operativ lizinq müqaviləsinə əsasən 3500 (üç min beş yüz) manat borcun və 55 (əlli beş) manat dövlət rüsumunun, cəmi 3555 (üç min beş yüz əlli beş) manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi Mahir Bayramov ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-yə borcunu tam ödədiyini, bu günə kimi gecikdirilmiş borcunun olmadığını bildirmişdir. Cavabdeh ödəniş qəbzini məhkəməyə təqdim edərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsi Mahir Bayramovun ərizəsini iddiadan imtina kimi qəbul edərək və işdə olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli və həmin əsasla da iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, məhkəmə iş üzrə icraata xitam verir. Məhkəmə həmçinin hesab edir ki, iddiadan imtinanın Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsində nəzərdə tutulan hüquqi nəticələri tərəflərə izah edilməli və ödənilmiş dövlət rüsumları onlara geri qaytarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4, 262, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçının iddiadan imtinası qəbul edilsin. İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İş üzrə ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumu İddiaçı ASC-yə qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: XALİQ İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver