Məhkəmə qərarları › İş №2(041)-291/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-291/2023

08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri - Torpaq müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-291/2023 08.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı sədri X3, Cavabdehun iştirakı ilə İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi və həmin icarə müqaviləsinə əsasən verilmiş Torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamənin ləğv edilməsi, cavabdehin torpaq sahəsindən əmlakları ilə birlikdə çıxarılması, torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Kürdəmir rayonu Pirili Bələdiyyəsi ilə Cavabdeh arasında bağlınmış 09 yanvar 2006-cı il tarixli, 01 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, 1700 manat məbləğində icarə haqqı borcunun cavabdehdən alınaraq Pirli bələdiyyəsinin hesabına ödənilməsi və Cavabdeh əmlakları ilə birlikdə həmin torpaq sahəsindən məcburi qaydada çıxarılmaqla torpaq sahəsinin cavabeh tərəfindən əvvəlki vəziyyətə gətirilməklə Pirili Bələdiyyəsinə qaytarılmasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı sədri X5 iddia tələbini müdafiə edərək göstərdi ki, İddiaçı xx.xx.2006-cı il tarixli, 01 saylı qərarına və xx.xx.2006-cı il tarixli Torpaq icarəsi müqaviləsinə əsasən Cavabdeh Pirili kəndi ərazisindən 25 il müddətinə heyvandarlıqla məşğul olmaq üçün 55 hektar torpaq sahəsi verilmişdir. Torpaq sahəsi Cavabdeh icarəsinə veriləndən sonra uzun müddət həmin torpaq sahəsindən istifadə etmiş, lakin, o, son vaxtlar icarə müqaviləsinin şərtlərini pozaraq icarə haqqını bələdiyyənin hesabına ödəməkdən imtina edir, həmçinin ona örüş sahəsi kimi verilmiş 55 hektar torpaq sahəsindən təyinatı üzrə istifadə etməyərək həmin torpaqa sahəsinin çox hissəsinə əkin əkir, bundan əlavə torpaq sahəsinin ətrafını heç bir əsas olmadan qazır və torpağın üst qatında lazımsız işlər aparmaqla icarəsində olan torpaq sahəsini istifadəyə yararsız hala salmaqla Bələdiyyəyə xeyli miqdarda zərər vurur. Həmçinin cavabdeh Pirili Bələdiyyəsinin qərarına əsasən onun icarəsinə verilmiş torpaq sahəsindən əlavə olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş və zəbt etdiyi torpaq sahəsiniin dəətrafını özbaşına qazdırıb hasara alaraq digər kənd sakinlərinə torpaq sahəsinin verilməsinin məhdudlaşdırılmasına səbəb olmuşdur. Cavabdeh dəfələrlə icarə haqqının ödənilməsi, torpaq sahəsindən təyinatı üzrə istifadə etməsi və zəbt etdiyi torpaq sahəsini əvvəlki vəziyyətinə gətirməklə bələdiyyə mülkiyyətinə qaytarılması barədə xəbərdarlıq edilməsinə baxmayaraq, O torpaq qanunvericiliyini kobud surətdə pozaraq icarəsində olan torpaq sahəsindən təyinatı üzrə istifadə etmədiyinə və icarə haqqını ödəmədiyinə görə Pirli Bələdiyyəsi ilə cavabdehin arasında bağlanmış icarə müqaviləsinin pozulacağı barədə xəbərdarlıq edilmişdir. Lakin buna baxmayaraq Cavabdeh icarəsində olan torpaq sahəsindən təyinatı üzrə olmadan istifadə etməkdə davam edir. İddiaçının nümayəndəsi göstərilənləri nəzərə alaraq Cavabdeh arasında bağlınmış 09 yanvar 2006-cı il tarixli, 01 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, 1700 manat məbləğində icarə haqqı borcunun cavabdehdən alınaraq Pirli bələdiyyəsinin hesabına ödənilməsi və Cavabdeh əmlakları ilə birlikdə həmin torpaq sahəsindən məcburi qaydada çıxarılmaqla torpaq sahəsinin cavabeh tərəfindən əvvəlki vəziyyətə gətirilməklə Pirili Bələdiyyəsinə qaytarılmasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, İddiaçı xx.xx.2006-cı il tarixli, 01 saylı qərarına və xx.xx.2006-cı il tarixli Torpaq icarəsi müqaviləsinə əsasən ona Pirili kəndi ərazisindən 25 il müddətinə heyvandarlıqla məşğul olmaq üçün 55 hektar torpaq sahəsi verilmişdir. İddiaçının çıxışında göstərdiyi xüsusatlar “icarə haqqı” hissəsi istisna olunmaqla heç biri həqiqəti əks etdirmədiyini, məhkəmədə işə baxılan zaman icarə haqqının 1700 (min yeddi yüz manat ümumi borcdan – 1400 min dörd yüz manatını) çox hissəsini ödədiyini və yaxın bir həftə ərzində qalan məbləği ödəyəcəyini bəyan edərək İddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş İddiaçı xx.xx.2006-cı il tarixli Torpaq icarəsi müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixli, 01 saylı qərarına əsasən Pirili Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən heyvandarlıqla məşğul olması üçün Cavabdeh 25 il müddətinə 55 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi bankının – X4 ********** nömrəli mədaxil qəbzindən görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh Pirili Bələdiyyəsinin hesabına torpaq icarə haqqı olaraq 1000 (bir min) icarə haqqı ödəmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi bankının – X4 ********** nömrəli mədaxil qəbzindən görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh Pirili Bələdiyyəsinin hesabına torpaq icarə haqqı olaraq 400 (dprd yüz) icarə haqqı ödəmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2006-cı il tarixli, 01 saylı qərarına və xx.xx.2006-cı il tarixli Torpaq icarəsi müqaviləsinə əsasən Cavabdeh Pirili kəndi ərazisindən 25 il müddətinə heyvandarlıqla məşğul olmaq üçün 55 hektar torpaq sahəsi verilmişdir. Torpaq sahəsi Cavabdeh icarəsinə veriləndən sonra uzun müddət həmin torpaq sahəsindən istifadə etmiş, lakin, o, son vaxtlar icarə müqaviləsinin şərtlərini poizaraq icarə haqqını bələdiyyənin hesabına ödəməkdən imtina etmiş, məhkəmədə işə baxılan zaman icarə haqqının 1700 (min yeddi yüz manat ümumi borcdan – 1400 min dörd yüz manatını) manat məbləğində icarə borcunun çox hissəsini ödədiyini və yaxın bir həftə ərzində qalan məbləği ödəyəcəyini bildirmiş və bununla iddiaçı razılaşmış, digər tələblər üzrə (ona örüş sahəsi kimi verilmiş 55 hektar torpaq sahəsindən təyinatı üzrə istifadə etmədiyi, həmin torpaqa sahəsinin çox hissəsinə əkin əkdiyi, bundan əlavə torpaq sahəsinin ətrafını heç bir əsas olmadan qazdığı və torpağın üst qatında lazımsız işlər apardığı, icarəsində olan torpaq sahəsini istifadəyə yararsız hala salmaqla Bələdiyyəyə xeyli miqdarda zərər vurduğu, həmçinin cavabdeh Pirili Bələdiyyəsinin qərarına əsasən onun icarəsinə verilmiş torpaq sahəsindən əlavə olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahəsini qanunsuz olaraq zəbt etdiyi və zəbt etdiyi torpaq sahəsinin də ətrafını özbaşına qazdırıb hasara alaraq digər kənd sakinlərinə torpaq sahəsinin verilməsinin məhdudlaşdırılmasına dair fikirlər) səslənsə də bu hallar məhkəmə təsdiqini tapmamış və bu halı sübut etmək üçün iddiaçı müvafiq ekspertizanın keçirilməsi haqqında vəsatətlə müraciət etməmişdir. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2003-cü il tarixli 2 nömrəli Qərarının 3-cü bəndinə görə torpaq sahəsi ilə bağlı mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndinə əsasən ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə bir qayda olaraq on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinin 1-ci bəndinə görə torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin maddənin 3-cü hissəinə əsasən icarəyə verən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları ilə onlarla bağlanan müqavilələrlə yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. İddiaçı Pirili Bələdiyyəsinin sədri X5 Cavabdeh icarəsinə əkinçilik məqsədi ilə 17 hektar torpaq sahəsi verilərkən qanunvericiliyin tələblərinin pozulduğunu göstərsə də o, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prsessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddiaçı Kürdəmir rayonu Pirili Bələdiyyəsi ilə Cavabdeh arasında bağlınmış 09 yanvar 2006-cı il tarixli, 01 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, 1700 manat məbləğində icarə haqqı borcunun cavabdehdən alınaraq Pirili Bələdiyyəsinin hesabına ödənilməsi və Cavabdeh əmlakları ilə birlikdlə həmin torpaq sahəsindən məcburi qaydada çıxarılmaqla, torpaq sahəsinin cavabdeh tərəfindən əvvəlki vəziyyətinə gətirilməklə Pirili Bələdtiyyəsinə qaytarılması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Kürdəmir rayonu Pirili Bələdiyyəsi ilə Cavabdeh arasında bağlınmış 09 yanvar 2006-cı il tarixli, 01 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, 1700 manat məbləğində icarə haqqı borcunun cavabdehdən alınaraq Pirili Bələdiyyəsinin hesabına ödənilməsi və Cavabdeh əmlakları ilə birlikdlə həmin torpaq sahəsindən məcburi qaydada çıxarılmaqla, torpaq sahəsinin cavabdeh tərəfindən əvvəlki vəziyyətinə gətirilməklə Pirili Bələdtiyyəsinə qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver