Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1024/2021 27.10.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 08 iyul 1998-ci il tarixli 20 nömrəli qərarı əsasında AN-217089 saylı “Torpaq sahəsinin planı və ölçü” sənədinin “Ərizəçi” qızına məxsus olması hüququ faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 08 iyul 1998-ci il tarixli 20 nömrəli qərarı əsasında AN- 217089 saylı “Torpaq sahəsinin planı və ölçü sənədi” əsasında 999.12 kv.m ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin plan və ölçü sənədində adı texniki səhv olaraq “Əruz” kimi qeyd etmişlər. Lakin onun adı bütün sənədlərdə “Ərus” kimi qeyd edilmişdir. O, həmin torpaq sahəsini vərəsəlik qaydasında öz adına mülkiyyət şəhadətnaməsi almaq məqsədi ilə eləcə də, sənədlərinin rəsmiləşdirilməsi ilə bağlı DƏDRX-nin 11 saylı Ərazi idarəsinə təqdim edib torpaq sahəsinə dair çıxarış almaq istəsə də, bu mümkün olmamışdır. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 08 iyul 1998-ci il tarixli 20 nömrəli qərarı əsasında AN-217089 saylı “Torpaq sahəsinin planı və ölçü” sənədində texniki səhvə yol verilmişdir. Ona görə də, sənəddə olan texniki səhvin aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Gədəbəy rayon AİK-nın 08 iyul 1998-ci il tarixli 20 nömrəli qərarı əsasında verilmiş AN-217089 saylı “Torpaq sahəsinin planı və ölçü” sənədində olan yanlışlığın aradan qaldırılaraq həmin sənədin “X5” qızma yox “Ərizəçi” qızına məxsus olmasına dair qətnamə çıxarılmasını istəyir. Odur ki, o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzürsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XX.XX.1920-ci il tarixdə Gədəbəy rayonu, Xar-xar kəndində doğulmuş, onun adı qrafasında Ərus qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon İHB-nin Xarxar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 sentyabr 2021-ci il tarixli, 134 saylı arayışdan görünür ki, Xarxar kənd İƏD üzrə nümayəndəliyinin təsərrüfatbaşına kitabında qeydiyyatdadır, hal-hazırda Xarxar kəndində yaşayır. İşdə olan Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 08 iyul 1998-ci il tarixli, 20 nömrəli qərarı ilə verilmiş X4 kitabında 04.03.2010-cu il tarixdə 25 nömrə ilə uçota alınmış A№ 217089 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən görünür ki, X2 999.12 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Ərizəçi 1920-ci il tarixdə Gədəbəy rayonu, Xar-xar kəndində doğulmuşdur. Ona Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 08 iyul 1998-ci il tarixli, 20 nömrəli qərarı ilə verilmiş X4 kitabında 04.03.2010-cu il tarixdə 25 nömrə ilə uçota alınmış A№ 217089 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında 999.12 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. “Torpaq sahəsinin planı və ölçüsü” sənədində onun adı “Əruz” qeyd edilmişdir. Ancaq Ərizəçi şəxsiyyətini təsdiq edən sənədlərində adı “Ərus” kimi yazılmışdır. Odur ki, qeyd olunan texniki səhv, yəni şəhadətnamə “X3” adında “Əruz” yazılışının texniki səhv olması müəyyən edilərək həmin sənəddə düzəliş aparılmalı və müvafiq olaraq “Ərus” kimi qeyd edilməlidir. Eləcə də, məhkəmədə müəyyən olundu ki, Ərizəçi sənəddə olan “X3” ilə eyni şəxsdir. Ərizəçi adının sözügedən sənəddə müxtəlif olması texniki səhvlə əlaqədar olmuşdur. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 08 iyul 1998-ci il tarixli, 20 nömrəli qərarı ilə verilmiş X4 kitabında 04.03.2010-cu il tarixdə 25 nömrə ilə uçota alınmış A№ 217089 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin “X3” yazılan hissədə Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslarda, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 08 iyul 1998-ci il tarixli, 20 nömrəli qərarı ilə verilmiş X4 kitabında 04.03.2010-cu il tarixdə 25 nömrə ilə uçota alınmış A№ 217089 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin “X3” yazılan hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-1024/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1024/2021
27.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver