Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1041/2021 26.10.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X12 oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, hüquq müəyyənedici sənəd olan, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 08 iyul 1998-ci il tarixli, 20 saylı qərarı ilə verilmiş JN-221 KOD 50514038 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının “X8” yazılan hissədə mərhum X4, “Ərizəçi1 Qədir qızı” yazılan hissədə Ərizəçi1, "X9” yazılan hissədə Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizələrini onunla əsaslandırmışdırlar ki, Ərizəçi1 xx.xx.1969-cu ildə anadan olmuşdur. Hal-hazırda Gədəbəy rayonu, Xarxar kəndində yaşayır. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 08 iyul 1998-ci il tarixli, 20 saylı qərarı ilə JN-221 KOD 50514038 “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında X1nun adına olmaqla, onlara ümumilikdə 0.93 ha pay torpaq sahəsi verilmişdir. X1 08.12.2006-cı ildə vəfat etmişdir. Dövlət aktında mərhum X1nun adı səhvən “Füzuli”, Ərizəçi1 ata adı isə səhvən “Qədir” kimi yazılmşdır. Buna baxmayaraq mərhum ərinin adı bütün sənədlərdə Fizuli kimi, onun ata adı isə Qurban kimi qeyd edilmişdir. Ərizəçi1 ərindən qalmış mirası qəbul etmək istəyir. Lakin ərinin adının, onun isə ata adının həmin sənəddə səhv yazılması buna imkan vermir. Ərinin ölüm haqqında Dövlət aktısində olan adı (Fizuli) Torpağa mülkiyyət hüququna dair Dövlət aktında olan adı (Füzuli) ilə, onun şəxsiyyət vəsiqəsində olan ata adı (Qurban) Torpağa mülkiyyət hüququna dair Dövlət aktında olan ata adı (Qədir) ilə düz gəlmir. Bu səbəbdən hüquq müəyyənedici sənəd olan həmin “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının “X8” yazılan hissədə mərhum X1na, “Ərizəçi1 Qədir qızı” yazılan hissədə ona məxsus olması faktının müəyyən edilməsini istəyir. Ərizəçi2 xx.xx.1991 -ci ildə anadan olmuşdur. Hal-hazırda Gədəbəy rayonu, Xarxar kəndində yaşayır. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 08 iyul 1998-ci il tarixli, 20 saylı qərarı ilə JN-221 KOD 50514038 “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında atası X2 adına olmaqla, onlara ümumilikdə 0.93 ha pay torpaq sahəsi verilmişdir. Dövlət aktında adı səhvən “Xətai” kimi yazılmışdır. Buna baxmayaraq onun adı bütün sənədlərdə Xəyal kimi qeyd edilmişdir. Onlar atasından qalmış mirası qəbul etmək istəyirlər. Lakin adının həmin sənəddə səhv yazılması buna imkan vermir. Onun şəxsiyyət vəsiqəsində olan adı (Xəyal) Torpağa mülkiyyət hüququna dair Dövlət aktında olan adı (Xətai) ilə düz gəlmir. Bu səbəbdən hüquq müəyyənedici sənəd olan həmin “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının “X9” yazılan hissədə ona məxsus olması faktının müəyyən edilməsini istəyir. Odur ki, o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi1 və Ərizəçi2 məhkəmə iclasında ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzürsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1969-cu il tarixdə doğulmuş, onun ata adı qrafasında Qurban kimi qeyd edilmişdir. İşdə olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1991-ci il tarixdə doğulmuş, onun adı qrafasında Xəyal kimi qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon İHB-nın Xarxar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlardan görünür ki, Ərizəçi2 və Ərizəçi1 Gədəbəy rayon Xarxar kənd İƏD üzrə nümayəndəliyin təsərrüfatbaşına kitabında qeydiyyatdadırlar və Xarxar kəndində yaşayırlar. İşdə olan AZ-1 № 221961 seriyalı ölüm haqqında Dövlət aktının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 08.12.2006-cı il tarixdə Gədəbəy rayonunda “beynə qansızma” səbəbindən ölmüşdür. Onun adı qrafasında Fizuli qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Zəhmət kənd İƏD üzrə nümayəndəliyinin akt qeydləri kitabından çıxarışdan görünür ki, X10 ilə X16 nikahlarını qızı 21.02.1988-ci il tarixdə bağlamışlar. Nikah bağlandıqdan sonra ərə İbrahimov, arvada İbrahimova soyadı verilmişdir. İşdə olan doğum haqqında arayışdan görünür ki, X10 08.01.1960-cı il tarixdə Gədəbəy rayonu, Xarxar kəndində doğulmuşdur. Atası qrafasında X14, anası qrafasında X15 qeyd edilmişdir. İşdə olan doğum haqqında Dövlət aktılərin surətlərindən görünür ki, X10 08.12.1960cı il tarixdə, X7 xx.xx.1969-cu il tarixdə, Ərizəçi2 xx.xx.1991-ci il tarixdə doğulmuşlar. İşdə olan Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 08 iyul 1998-ci il tarixli, 20 saylı qərarı ilə verilmiş JN-221 saylı KOD 50514038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 və ailə üzvləri Ərizəçi1 Qədir qızına, X6, X3 0.93 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında ərizəçilərin izahatı və işdəki sübutlarla müəyyən olundu ki, mərhum X10 08.12.1960-cı il tarixdə, ərizəçilər X7 xx.xx.1969-cu il tarixdə, Ərizəçi2 xx.xx.1991-ci il tarixdə doğulmuşlar. X5 və ailə üzvləri Ərizəçi1 Qədir qızına, X6, X3 Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 08 iyul 1998-ci il tarixli, 20 saylı qərarı ilə verilmiş JN-221 saylı KOD 50514038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında 0.93 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin JN-221 saylı KOD 50514038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında mərhum X2 adı “Füzuli”, Ərizəçi1 ata adı “Qədir”, Ərizəçi2 adı isə “Xətai” kimi qeyd edilmişdir. Ancaq bütün sənədlərdə mərhum X2 adı “Fizuli”, Ərizəçi2 adı “Xəyal”, Ərizəçi1 ata adı isə “Qurban” kimi yazılmışdır Odur ki, qeyd olunan texniki səhv, yəni Dövlət aktında “X8” adında “Füzuli” yazılışının səhv olması müəyyən edilərək düzəliş aparılmalı və “Fizuli” kimi qeyd edilməli, “Ərizəçi1 Qədir qızı” adında “Qədir” yazılışının səhv olması müəyyən edilərək düzəliş aparılmalı və “Qurban” kimi qeyd edilməli, “X9” adında “Xətai” yazılışının səhv olması müəyyən edilərək düzəliş aparılmalı və “Xəyal” kimi qeyd edilməlidir. Eləcə də, məhkəmədə müəyyən olundu ki, mərhum X10, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Dövlət aktında olan “X8”, “Ərizəçi1 Qədir qızı” və “X9” ilə eyni şəxslərdir. X2, Ərizəçi1 və Ərizəçi2 adları və ata adları sözügedən Dövlət aktında müxtəlif olması texniki səhvlə əlaqədar olmuşdur. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən Dövlət aktılərdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 08 iyul 1998-ci il tarixli, 20 saylı qərarı ilə verilmiş JN-221 saylı KOD 50514038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında “X8” yazılan hissədə X4, “Ərizəçi1 Qədir qızı” yazılan hissədə Ərizəçi1 və “X9” yazılana hissədə Ərizəçi2 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslarda, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəsi təmin edilsin. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 08 iyul 1998-ci il tarixli, 20 saylı qərarı ilə verilmiş JN-221 saylı KOD 50514038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında “X8” yazılan hissədə X4, “Ərizəçi1 Qədir qızı” yazılan hissədə Ərizəçi1 və “X9” yazılana hissədə Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-1041/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1041/2021
26.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver