Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1072/2021 26.10.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 2001-ci il tarixli, 17 nömrəli qərarı əsasında tərtib edilmiş JN- 103A KOD 50505028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin “X2” yazılan hissədə ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1968-ci ildə Gədəbəy rayonu, Hacılar kəndində anadan olmuşdur. Hal-hazırda Zamanlı kəndində yaşayır. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 2001-ci il tarixli, 17 nömrəli qərarı ilə Gədəbəy rayonu, Zamanlı kəndində əri X3 adına olmaqla onlara (ərinə, onun kemiş arvadı X1, ona və qızı X4) 0.35 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-103A KOD 50505028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib edilmişdir. O, hazırda həmin torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq istəyir. Lakin “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə onun soyadı “Paşayeva” əvəzinə səhvən “Albabayeva” kimi yazılmışdır. Belə ki, onun soyadı Paşayeva olmuş, X5 ilə nikaha daxil olduqdan sonra da Paşayeva soyadı qalmışdır. Hazırda şəxsiyyət vəsiqəsində və doğum haqqında şəhadətnaməsində soyadı Paşayevadır. Şəxsiyyət vəsiqəsində olan soyadı ilə (Paşayeva) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə olan soyadı (Albabayeva) düz gəlmir. Bu isə ona torpaq sahəsi ilə bağlı hüquqlarının həyata keçirilməsinə maneələr törədir. Bu səbəbdən hüquq müəyyənedici sənəd olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin “X2” yazılan hissədə ona məxsus olmasının müəyyən edilməsini istəyir. Bu faktın təsdiqi ona həmin torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq üçün lazımdır. Odur ki, o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizə verərək, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzürsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə Gədəbəy rayonu, Hacılar kəndində doğulmuş, onun soyadı qrafasında Paşayeva qeyd edilmişdir. İşdə olan doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə Gədəbəy rayonu, Hacılar kəndində doğulmuş, atası qrafasında X6, atası qrafasında X10 qeyd edilmişdir. İşdə olan AZ-İ № 326779 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 və Ərizəçi nikahlarını 03.09.2007-ci il tarixdə Gədəbəy rayonu Mormor kənd İƏD üzrə nümayəndəliyində bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 10 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Albabayev, arvada Paşayeva soyadı verilmişdir. İşdə olan Gədəbəy rayon İHB-nın Mormor kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 dekabr 2020-ci il tarixli, 132 saylı arayışdan görünür ki, Ərizəçi həqiqətən 03 saylı təsərrüfatbaşına kitabın 46-cı səhifəsində şəxsi hesab saylı 124 olan təsərrüfatın tərkibində Mormor kənd İƏD-nin Zamanlı kəndində yaşayır. Onun şəxsiyyət vəsiqəsində və təsərrüfatbaşına kitabda soyadı Paşayeva, adı Nulifər olduğu halda “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamədə (JN-103A, KOD********) texniki səhv olaraq soyadı Albabayeva adı isə Nilufər yazılmışdır. İşdə olan Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 2001-ci il tarixli, 17 nömrəli qərarı ilə verilmiş JN-103A saylı KOD 50505028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Ərizəçi və onun ailə üzvlərinə 0.35 ha həyətyanı torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında sübutlarla müəyyən olundu ki, Ərizəçi 20.12.1963-cü il tarixdə Gədəbəy rayonu, Zəhmət kəndində doğulmuşdur. Ona və ailə üzvlərinə Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 2001-ci il tarixli, 17 nömrəli qərarı ilə verilmiş JN-103A saylı KOD 50505028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ərizəçinin əsasında 0.35 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin JN- 103A saylı KOD 50505028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə onun soyadı “Albabayev” kimi, adı isə “Nilufər” qeyd edilmişdir. Ancaq Ərizəçi şəxsiyyətini təsdiq edən soyadı “Paşayeva” adı isə “Nulifər” kimi yazılmışdır. Odur ki, qeyd olunan texniki səhv, yəni şəhadətnamə “X2” adında “Albabayev” və “Nilufər” yazılışının texniki səhv olması müəyyən edilərək həmin şəhadətnamədə düzəliş aparılmalı və müvafiq olaraq “Paşayeva” və “Nulifər” kimi qeyd edilməlidir. Eləcə də, məhkəmədə müəyyən olundu ki, Ərizəçi şəhadətnamədə olan “X2” ilə eyni şəxsdir. Ərizəçi adının və soyadının sözügedən şəhadətnamədə müxtəlif olması texniki səhvlə əlaqədar olmuşdur. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 2001-ci il tarixli, 17 nömrəli qərarı ilə verilmiş JN-103A saylı KOD 50505028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə “X2” yazılan hissədə Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslarda, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 2001-ci il tarixli, 17 nömrəli qərarı ilə verilmiş JN-103A saylı KOD 50505028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin “X2” yazılan hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-1072/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1072/2021
26.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver