Məhkəmə qərarları › İş №2(042)-1091/2021

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-1091/2021

04.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-1091/2021 04.10.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlu, X3 oğlunun katibliyi ilə, Kreditor X1 Borclu qarşı “borc" tələbi ilə bağlı məhkəmə əmrinin verilməsinə dair ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdim: Məhkəməyə kreditor X1 Borclu qarşı “borc" tələbi ilə bağlı məhkəmə əmrinin verilməsi barədə ərizəsi daxil olmuşdur. Ərizənin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyü məsələsinə baxılarkən müəyyən olunmuşdur ki, kreditor məhkəmə əmrinin verilməsi barədə ərizəni ərazi aidiyyəti qaydalarına riayət etmədən Gədəbəy rayon Məhkəməsinə göndərmişdir. Belə ki, müəyyən olunmuşdur ki, borclu Borclu ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 277.1-ci maddəsinə əsasən, məhkəmə əmri haqqında ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. MPM-in 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual qanunvericilik hüquq analogiyasına imkan verir. Belə ki, MPM-in 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 13.5-ci maddəsinə əsasən, belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. Həmin Məcəllənin 279.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Məhkəmə hesab edir ki, belə olan halda ərizəni qəbul etməkdən imtina edilməli və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə kreditora verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 153, 263-264, 267-268 və 277-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Kreditor X1 Borclu qarşı “borc” tələbi ilə bağlı məhkəmə əmrinin verilməsi barədə ərizəsini qəbul etməkdən imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə kreditor X2 qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar