Məhkəmə qərarları › İş №2(042)-1127/2021

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-1127/2021

11.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-1127/2021 11.10.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlu, kreditor "xxxx" MMC-nin Borclu qarşı “borc” tələbi ilə bağlı məhkəmə əmrinin verilməsinə dair ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdim: Kreditor "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək Borclu "xxxx" MMC-nin xeyrinə 378 manat məbləğində əsas borc və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizənin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyü məsələsinə baxılarkən müəyyən olunmuşdur ki, kreditor dövlət rüsumunu qanunla müəyyən edilmiş məbləğdə ödəməmişdir. Belə ki, Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.1.3-cü maddəsinə əsasən, Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-nin 278.4-cü maddəsinə əsasən, ərizənin bu Məcəllənin 278.1-ci və 278.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İşdə olan SS722841939AZ saylı poçt göndərişinin izlənməsi haqqında vərəqdən görünür ki, SS722841939AZ saylı poçt göndərişi 02.10.2021-ci il tarixdə poçt tərəfindən qəbul edilmişdir. Göründüyü kimi, məhkəmə əmri haqqında ərizə ilə məhkəməyə müraciət edilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Lakin kreditorun ərizəyə əlavə etdiyi dövlət rüsumunun ödənilməsinə dair sənəddə 20 manat rüsum ödədiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, belə olan halda ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268 və 278-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Kreditor "xxxx" MMC-nin Borclu qarşı “borc” tələbi ilə bağlı məhkəmə əmrinin verilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər kreditor "xxxx" MMC-yə geri qaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar