Məhkəmə qərarları › İş №2(042)-1135/2021

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-1135/2021

01.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-1135/2021 01.12.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, İddiaçı Məmmədova (Ələkbərova) Xəyalə Tahir qızının Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Məmmədova (Ələkbərova) Xəyalə Tahir qızının Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə 14 oktyabr 2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş və işin məhkəmə baxış iclası 01 dekabr 2021-ci il tarixə, saat 16:30-a təyin edilmişdir. Məhkəmə baxış iclasında işin aidiyyət qaydalarının pozulması ilə məhkəmənin icraatına qəbul edildiyi aşkar olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş portaldan çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunmuşdur ki, Cavabdeh Şəmkir rayonu, Qaracəmirli kəndində qeydiyyatdadır. Lakin iddiaçı iddia tələbini cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana verməməklə aidiyyət qaydalarını pozmuş, həmin mülki iş aidiyyət qaydalarının pozulması ilə məhkəmənin icraatına qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-in 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı Məmmədova (Ələkbərova) Xəyalə Tahir qızının Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsinə baxılması Gədəbəy rayon Məhkəməsinin yurisdiksiyasına aid olmadığından ərizə aidiyyəti üzrə baxılması üçün Şəmkir rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 44-45, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı Məmmədova (Ələkbərova) Xəyalə Tahir qızının Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki iş aidiyyəti üzrə Şəmkir rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar