Məhkəmə qərarları › İş №2(042)-1145/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1145/2021

07.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1145/2021 07.12.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Ərizəçi Quliyeva (Həmzəyeva) Afaq Aşot qızının iştirakı ilə, Ərizəçi Quliyeva (Həmzəyeva) Afaq Aşot qızının “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Quliyeva (Həmzəyeva) Afaq Aşot qızı məhkəməyə ərizə ilə müraciət edərək, JN 0061 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən X12 yazılan hissədə ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Quliyeva (Həmzəyeva) Afaq Aşot qızı ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, Tovuz rayon AİK-nın 10 fevral 1998-ci il tarixli 04 saylı qərarı ilə ona və ailə üzvlərinə 1.07 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN 0061 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə dövlət reyestrində qeydə alınmışdir. Şəxsiyyət vəsiqəsində soyadı Həmzəyeva, adı Afaq, ata adı Aşot qeyd edilsə də, texniki səhv olaraq JN 0061 saylı Dövlət Aktında adı Afiq, ata adı Aşot oğlu kimi qeyd olunmuşdur. “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında göstərilən X2 göstərilən şəxsin o, X8 olması barədə Tovuz rayonu, Ağacqala kənd İcra nümayəndəliyi tərəfindən verilən arayışı maraqlı şəxsə təqdim etsə də, Dövlət Aktının ona məxsus olması faktını məhkəmənin səlahiyyətində olduğundan maraqlı şəxs reyestrdən çıxarışda düzəliş etməkdən imtina etmişdir. Təqdim etdilən sənədlərə əsasən onun atasının X12 adında övladı olmamışdır və yoxdur. Maraqlı şəxsin texniki səhvi səbəbindən JN 0061 saylı Dövlət Aktında onun adını Afaq deyil Afiq kimi göstərilmiş və cinsiyyəti qadın deyil kişi kimi göstərilmişdir. O, 28.01.2011-ci il tarixdə Gədəbəy rayon sakini X6 ilə ailə qurmuş, nikahlarını rəsmi qeydə etdirdiklərinə görə soyadı hazırda Quliyevadır. Odur ki, o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəməyə ərizə verərək, işə onların iştirakı olmadan baxılıb qanuna uyğun qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1990-cı il tarixdə Tovuz rayonu, Ağacqala kəndində doğulmuşdur və Gədəbəy rayonu, Qoşabulaq kəndində qeydiyyatdadır. İşdə olan doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.1990-cı il tarixdə Tovuz rayonu, Ağacqala kəndində doğulmuşdur. İşdə olan Tovuz rayon İHB-nın Ağacqala kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 13.10.2021-ci il tarixli, 65 saylı arayışdan görünür ki, X4 aşağıda göstərilən ailə üzvləri vardır: arvadı X3 01.06.1958-ci il; qızı X9 05.05.1989-ci il; qızı X14 xx.xx.1990-cı il; oğlu X10 02.05.1992-ci il. X1 X12 adında övladı olmamışdır. İşdə olan Gədəbəy rayon İHB-nın Qoşabulaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 27.09.2021-ci il tarixli, 232 saylı arayışdan görünür ki, Ərizəçi Gədəbəy rayon İHB-nın Qoşabulaq kənd İƏD üzrə nümayəndəliyinin 6 nömrəli təsərrüfatbaşına kitabda 451 nömrəli şəxsi hesaba əsasən Gədəbəy rayon İHB-nın Qoşabulaq kəndində qeydiyyatdadır. Hal-hazırda Qoşabulaq kəndində yaşayır. İşdə olan Tovuz rayon Aqrar İslahat Komissiyasının 10 fevral 1998-ci il tarixli, 04 nömrəli qərarı ilə verilmiş JN-0061 saylı KOD 50314018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surətindən görünür ki, X7 və onun ailə üzvlərinə 1.07 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçi Quliyeva (Həmzəyeva) Afaq Aşot qızı xx.xx.1990-cı il tarixdə Tovuz rayonu, Ağacqala kəndində doğulmuşdur. Ona və ailə üzvlərinə Tovuz rayon Aqrar İslahat Komissiyasının 10 fevral 1998-ci il tarixli, 04 nömrəli qərarı ilə verilmiş JN-0061 saylı KOD 50314018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında 1.07 ha torpaq sahəsi verilmişdir. JN-0061 saylı KOD 50314018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında onun soyadı, adı və ata adı “X12” qeyd edilmişdir. Ancaq Quliyeva (Həmzəyeva) Afaq Aşot qızının şəxsiyyətini təsdiq edən sənədlərində adı “Quliyeva (Həmzəyeva) Afaq Aşot qızı” kimi yazılmışdır. Odur ki, qeyd olunan texniki səhv, yəni Dövlət aktında “X12” adının yazılışının texniki səhv olması müəyyən edilərək həmin sənəddə düzəliş aparılmalı və müvafiq olaraq “Quliyeva (Həmzəyeva) Afaq Aşot qızı” kimi qeyd edilməlidir. Eləcə də, məhkəmədə müəyyən olundu ki, ərizəçi Quliyeva (Həmzəyeva) X17 aktında olan “X12” ilə eyni şəxsdir. Quliyeva (Həmzəyeva) Afaq Aşot qızının adının sözügedən Dövlət aktında müxtəlif olması texniki səhvlə əlaqədar olmuşdur. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının 10 fevral 1998-ci il tarixli, 04 nömrəli qərarı ilə verilmiş JN-0061 saylı KOD 50314018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı “X12” yazılan hissədə ərizəçi Quliyeva (Həmzəyeva) Afaq Aşot qızına məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslarda, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Quliyeva (Həmzəyeva) Afaq Aşot qızının ərizəsi təmin edilsin. Tovuz rayon Aqrar İslahat Komissiyasının 10 fevral 1998-ci il tarixli, 04 nömrəli qərarı ilə verilmiş JN-0061 saylı KOD 50314018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı “X12” yazılan hissədə ərizəçi Quliyeva (Həmzəyeva) Afaq Aşot qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar