Məhkəmə qərarları › İş №2(042)-1146/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1146/2021

01.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1146/2021 01.12.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi3 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məhkəməyə ərizə ilə müraciət edərək, hüquq müəyyənedici sənəd olan, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10.04.2001-ci il tarixli, 05 saylı qərarı ilə verilmiş JN-709D KOD ********* saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin “Ərizəçi1 Mamed oğlu" yazılan hissədə Ərizəçi1, “Ərizəçi2 Bəşqir qızı” yazılan hissədə Ərizəçi2, “Ərizəçi3 Nurəddin oğlu” yazılan hissədə Ərizəçi3 və “Ərizəçi4 Namiq oğlu” yazılan hissədə Ərizəçi4 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 məhkəmə iclasında ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, o, xx.xx.1956-cı ildə Gədəbəy rayonu. Maarif Kəndində anadan olmuşdur. Halhazırda Gədəbəy rayonu, Slavyanka kəndində yaşayır. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10.04.2001-ci il tarixli, 05 saylı qərarı ilə JN- 709D KOD ********* “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında ona və ailə üzvlərinə ümumilikdə 0.17 ha həyətyanı torpaq sahəsi verilmişdir. Şəhadətnamədə onun ata adı səhvən “Mamed” kimi yazılmşdır. Buna baxmayaraq onun ata adı Məmməddir və şəxsiyyət vəsiqəsində ata adı Məmməd qeyd edilmişdir. Hazırda şəxsiyyət vəsiqəmdə olan ata adı ilə (Məmməd) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə olan ata adı (Mamed) düz gəlmir. Həmçinin Ərizəçi2 xx.xx.1946-cı ildə anadan olmuşdur. Hal-hazırda Gədəbəy rayonu, Slavyanka kəndində yaşayır. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10.04.2001-ci il tarixli, 05 saylı qərarı ilə JN-709D KOD ********* “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında ərinin adına olmaqla Ərizəçi2 və ailə üzvlərinə ümumilikdə 0.17 ha həyətyanı torpaq sahəsi verilmişdir. Şəhadətnamədə Ç.Nəcəfovnın ata adı səhvən “Bəşqir” kimi yazılmşdır. Buna baxmayaraq ata adı Bəşirdir və şəxsiyyət vəsiqəndə ata adı Bəşir qeyd edilmişdir. Hazırda Ərizəçi2 şəxsiyyət vəsiqəsində olan ata adı ilə (Bəşir) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə olan ata adı (Bəşqir) düz gəlmir. Ərizəçi3 xx.xx.1996-cı ildə anadan olmuşdur. Hal-hazırda həmin kənddə yaşayır. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10.04.2001 -ci il tarixli, 05 saylı qərarı ilə TN-709D KOD ********* “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında atasının adına olmaqla Ərizəçi3 və ailə üzvlərinə ümumilikdə 0.17 ha həyətyanı torpaq sahəsi verilmişdir. Şəhadətnamədə Ərizəçi3 ata adı səhvən “Nurəddin” kimi yazılmışdır. Buna baxmayaraq Ərizəçi3 ata adı Natiqdir və şəxsiyyət vəsiqədə ata adı Natiq qeyd edilmişdir. Hazırda şəxsiyyət vəsiqəsində olan ata adı ilə (Natiq) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə olan ata adı (Nurəddin) düz gəlmir. Ərizəçi4 xx.xx.1998-ci ildə anadan olmuşdur. Hal-hazırda həmin kənddə yaşayır. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10.04.2001-ci il tarixli, 05 saylı qərarı ilə JN-709D KOD ********* “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında atasının adına olmaqla Ərizəçi3 və ailə üzvlərinə ümumilikdə 0.17 ha həyətyanı torpaq sahəsi verilmişdir. Şəhadətnamədə Ərizəçi3 ata adı səhvən “Namiq” kimi yazılmşdır. Buna baxmayaraq Ərizəçi3 ata adı Natiqdir və şəxsiyyət vəsiqəsində ata adı Natiq qeyd edilmişdir. Hazırda şəxsiyyət vəsiqəsində olan ata adı ilə (Natiq) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə olan ata adı (Namiq) düz gəlmir. Bu isə onların həmin torpaq sahəsi ilə bağlı hüquqlarımın həyata keçirilmələrinə maneələr törədir. Bununla əlaqədar DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət edilsə də, imtina verilərək bildirilmişdir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə səhv yazılmış ata adlarına düzəliş edilməsi İdarənin səlahiyyətləri xaricindədir. Bu səbəbdən hüquq müəyyənedici sənəd olan həmin “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Ərizəçi1 Mamed oğlu" yazılan hissədə Ərizəçi1, “Ərizəçi2 Bəşqir qızı” yazılan hissədə Ərizəçi2, “Ərizəçi3 Nurəddin oğlu” yazılan hissədə Ərizəçi3 və “Ərizəçi4 Namiq oğlu” yazılan hissədə Ərizəçi4 məxsus olması faktnın müəyyən edilməsini istəyir. Odur ki, o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi3 məhkəmə iclasında digər Ərizəçi1 ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Digər ərizəçilər Ərizəçi2 və Ərizəçi4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qayada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə ərizəçilər Ərizəçi2 və Ərizəçi4 iştirak olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzürsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 xx.xx.1998-ci il tarixdə doğulmuş, onun ata adı qrafasında Natiq kimi qeyd edilmişdir. İşdə olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1946-cı il tarixdə doğulmuş, onun ata adı qrafasında Bəşir kimi qeyd edilmişdir. İşdə olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1996-cı il tarixdə doğulmuş, onun ata adı qrafasında Natiq kimi qeyd edilmişdir. İşdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1956-cı il tarixdə doğulmuş, onun ata adı qrafasında Məmməd kimi qeyd edilmişdir. İşdə olan Gədəbəy RİHB-nın Slavyanka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 sentyabr 202-ci il tarixli, 575 saylı arayışdan görünür ki, JN-709D kod 50526018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə mülkiyyətçilər adları aşağıda qeyd olunan şəxslərdir: Ərizəçi1; Ərizəçi2; X3; Ərizəçi3; Ərizəçi4; X6. JN-709D KOD 50526018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə mülkiyyətçi Ərizəçi1 atasının adı texniki səhv olaraq Mamed yazılmışdır, lakin olmalıdır Ərizəçi1. Ərizəçi2 atasının adı texniki səhv olaraq Bəşqir yazılmışdır, lakin olmalıdır Ərizəçi2. X1 atasının adı texniki səhv olaraq Nurəddin yazılmlşdır, lakin olmalıdır X3. Ərizəçi3 atasının adı texniki səhv olaraq Nurəddin yazılmışdır, lakin olmalıdır Ərizəçi3. Ərizəçi4 atasının adı texniki səhv olaraq Namiq yazılmışdır lakin olmalıdır Ərizəçi4. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1996-cı il tarixdə doğulmuş, onun ata adı qrafasında Natiq kimi qeyd edilmiş, Ərizəçi4 xx.xx.1998-ci il tarixdə doğulmuş, onun ata adı qrafasında Natiq kimi qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli, 05 saylı qərarı ilə verilmiş JN-709D saylı KOD 50526018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi1 Mamed oğluna və ailə üzvləri Ərizəçi2 Bəşqir qızına, X2, Ərizəçi3 Nurəddin oğluna, Ərizəçi4 Namiq oğluna, X4 0.17 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında ərizəçilərin izahatı və işdəki sübutlarla müəyyən olundu ki, ərizəçilər Ərizəçi1 xx.xx.1956-cı il tarixdə, Ərizəçi2 xx.xx.1946-cı il tarixdə, Ərizəçi3 xx.xx.1996-cı il tarixdə, Ərizəçi4 isə xx.xx.1998-ci il tarixdə doğulmuşlar. Ərizəçi1 Mamed oğluna və ailə üzvləri Ərizəçi2 Bəşqir qızına, X2, Ərizəçi3 Nurəddin oğluna, Ərizəçi4 Namiq oğluna, X4 Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli, 05 saylı qərarı ilə verilmiş JN-709D saylı KOD 50526018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında 0.17 ha torpaq sahəsi verilmişdir. Həmin JN- 709D saylı KOD 50526018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə Ərizəçi1 ata adı “Mamed”, X5 ata adı “Bəşqir”, Ərizəçi3 ata adı “Nurəddin”, Ərizəçi4 ata adı isə “Namiq” kimi qeyd edilmişdir. Ancaq bütün sənədlərdə Ərizəçi1 ata adı “Məmməd”, X5 ata adı “Bəşir”, Ərizəçi3 ata adı “Natiq”, Ərizəçi4 ata adı isə “Natiq” kimi yazılmışdır Odur ki, qeyd olunan texniki səhv, yəni şəhadətnamədə “Ərizəçi1 Mamed oğlu” adında “Mamed” yazılışının səhv olması müəyyən edilərək düzəliş aparılmalı və “Məmməd” kimi qeyd edilməli, “X8” adında “Bəşqir” yazılışının səhv olması müəyyən edilərək düzəliş aparılmalı və “Bəşir” kimi qeyd edilməli, “Ərizəçi3 Nurəddin oğlu” adında “Nurəddin” yazılışının səhv olması müəyyən edilərək düzəliş aparılmalı və “Natiq” kimi qeyd edilməli, “Ərizəçi4 Namiq oğlu” adında “Namiq” yazılışının səhv olması müəyyən edilərək düzəliş aparılmalı və “Natiq” kimi qeyd edilməlidir. Eləcə də, məhkəmədə müəyyən olundu ki, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 şəhadətnamədə olan “Ərizəçi1 Mamed oğlu”, “X8”, “Ərizəçi3 Nurəddin oğlu” və “Ərizəçi4 Namiq oğlu” ilə eyni şəxslərdir. Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ata adları sözügedən şəhadətnamədə müxtəlif olması texniki səhvlə əlaqədar olmuşdur. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli, 05 saylı qərarı ilə verilmiş JN-709D saylı KOD 50526018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə “Ərizəçi1 Mamed oğlu" yazılan hissədə Ərizəçi1, “Ərizəçi2 Bəşqir qızı” yazılan hissədə Ərizəçi2, “Ərizəçi3 Nurəddin oğlu” yazılan hissədə Ərizəçi3 və “Ərizəçi4 Namiq oğlu” yazılan hissədə Ərizəçi4 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslarda, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ərizəsi təmin edilsin. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli, 05 saylı qərarı ilə verilmiş JN-709D saylı KOD 50526018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə “Ərizəçi1 Mamed oğlu" yazılan hissədə Ərizəçi1, “Ərizəçi2 Bəşqir qızı” yazılan hissədə Ərizəçi2, “Ərizəçi3 Nurəddin oğlu” yazılan hissədə Ərizəçi3 və “Ərizəçi4 Namiq oğlu” yazılan hissədə Ərizəçi4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar