Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-147/2021 09.02.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hаkim Mirzəquliyеv Fizuli Bаlаğа оğlunun sədrliyi, məhkəmə iclаs kаtibi Orucov Anar Möhübbət oğlunun kаtibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi haqqında mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bахаrаq, M Ü Ə Y Y Ə N Е Т D i: Ərizəçi Maraqlı şəxsnə qarşı xx.xx.1975-ci il tarixdə verilmiş B-İ N-001052 saylı diplomun ona məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, o, xx.xx.1949-cu il tarixdə anadan olmuş və adı ilkin doğum akt qeydləri kitabında Səyaf kimi qeyd edilmişdir. Onun bütün sənədlərində adı Səyaf kimi qeyd edilmişdir. O, 1971-ci il tarixdə keçmiş Kirovabad Dövlət Pedaqoji İnistutunun tarix ixtisası üzrə əyani şöbəsinin İ kursuna qəbul olmuş, həmin institutu 1975-ci il tarixdə bitirmiş və həmin institutu bitirməyinə dair diplom almışdır. Lakin ona verilmiş B-İ N- 001052 saylı diplomda adı Səyyab kimi qeyd edilmişdir. Bundan sonra o, 40 ilə yaxın müddət ərzində tarix müəllimi işləmiş və diplomda olan ad səhvliyi ona maneçilik törətməmişdir. Hazırda yaşa görə əmək pensiyası almaq üçün səlahiyyətli orqanlara müraciət etmiş, lakin diplomda olan ad səhvliyinə görə oxuduğu illəri onun stajına hesablamamışlar. O, verilmiş diploma düzəliş edilməsi ilə bağlı ali təhsil aldığı həmin müəssisəyə müraciət etsə də mən həmin diplomun düzəliş edilməsi ilə bağlı heç bir köməklik göstərə bilməmişlər. Ona görə də ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs nümayəndəsi məhkəməyə ərizə göndərərək, ərizəçinin həqiqətən həmin illərdə təhsil almasını və ona qeyd edilən diplomun verilməsini bildirmiş və işə onların iştirakı olmadan baxılaraq, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirmişdir ki, ərizəçinin müəllim yoldaşıdır. Ərizəçi həqiqətən Kirovabad Dövlət Pedaqoji İnistutunun tarix ixtisası üzrə əyani şöbəsini bitirmiş və Gədəbəy rayonunun Günəşli kənd orta məktəbində müəllim işləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 eyniməzmunlu ifadə vermişdir. İşdə olan Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1949-cu il tarixdə Gədəbəy rayonu, Sovetkənd kəndində doğulmuş və hazırda Gədəbəy rayonunun Günəşli kəndində yaşayır. İşdə olan X2 surətindən görünür ki, Ərizəçi xx.xx.1949-cu il tarixdə Gədəbəy rayonu, Sovetkənd kəndində doğulmuşdur. İşdə olan Arxiv Arayışının surətindən görünür ki, X5 xx xxxxxx 1971-ci il tarixli, 230 saylı əmrlə Kirovabad Dövlət Pedaqoji İnistutunun tarix ixtisası üzrə əyani şöbəsinin İ kursuna qəbul olmuş, xx xxxx 1975-ci il tarixdə həmin institutu bitirməyinə dair diplom almışdır. İşdə olan B-İ N-001052 saylı diplomun surətindən görünür ki, xx xxxx 1975-ci il tarixli, 207/t saylı əmrlə tarix ixtisası üzrə əyani şöbənin İV kurs tələbəsi X5 dövlət imtahanlarını müvəffəqiyyətlə verdiyinə görə ona orta məktəbdə tarix müəllimi adı verilməklə adi diploma layiq görülmüşdür. İşdə olan Əmək kitabçasının surətindən görünür ki, Ərizəçi xx.xx.1975-ci il tarixdə Gədəbəy rayonunun Dəyəqarabulaq kənd orta məktəbinə müəllim təyin edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kii istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan sənədləri təhlil edərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Bеləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri və işdə olan sənədlərlə Kirovabad Dövlət Pedaqoji İnistutu tərəfindən xx.xx.1975-ci il tarixdə verilmiş B-İ N-001052 saylı diplomun Ərizəçi məxsus olması faktı sübut edilmişdir və bu fakt ərizəçinin sosial hüquqlarının təmin edilməsi ilə əlaqədar hüquqi əhəmiyyətə malikdir. Ərizəçinin həmin faktı təsdiq edən sənədləri başqa qaydada almaları mümkün deyildir. Ona görə də ərizə təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsаsən və Аzərbаycаn Rеspublikаsı MPMnin 216-220, 358-360 və 362-ci mаddələrini rəhbər tutаrаq, Q Ə T Е T D İ : Ərizə təmin еdilsin. Kirovabad Dövlət Pedaqoji İnistutu tərəfindən xx.xx.1975-ci il tarixdə verilmiş B-İ N-001052 saylı diplomun Ərizəçi məxsus olması faktı müəyyən еdilsin. Qətnаmədən rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində Gədəbəy Rayon Məhkəməsi vаsitəsi ilə Gəncə Аpеllyаsiyа Məhkəməsinə apеllyаsiyа şikаyəti vеrilə bilər. Sədrlik еdən: Fizuli Mirzəquliyеv
Məhkəmə qərarları › İş №2(042)-147/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-147/2021
09.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver