Məhkəmə qərarları › İş №2(042)-150/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-150/2021

23.02.2021 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-150/2021 23.02.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsinə” dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, X2 xx.xx.2015-ci il tarixdən itkin düşməsi faktının müəyyən edilməsinə və bu əsasla itkin düşmə haqqında şəhadətnamə verilməsi üçün Maraqlı şəxs üzərinə öhdəlik qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək göstərdi ki, o, Gədəbəy rayonu, Emir kəndində qeydiyyatda olsa da, faktiki olaraq azyaşlı qızı ilə Abşeron rayonunda kirayə yaşayır. O, 2010-cu ildə X4 ilə qeyri-rəsmi ərarvad münasibətlərində yaşamışlar. Onların birgə münasibətlərindən xx.xx.2011-ci il təvəllüdlü X9 adında bir övladları olmuşdur. Əri Arzu X1 məxsus saxsı qablar daş sexində fəhlə işləmişdir. xx.xx.2015-ci il tarixdə həmişəki kimi işləmək adı ilə evdən çıxmış və elə o gündən ərindən xəbər çıxmamışdır. O, ərinin işdən gəlmədiyini görüb A.Allahverdiyevin müdiri Nəsimi Hüseynovla görüşüb ərinin işdən necə çıxdığını məlumat almışdır. Müdiri isə A.Allahverdiyevin xx.xx.2015-ci il tarixdə, saat 10:00-a radələrində ondan Gədəbəy rayonunda hüzuru düşdüyünü, ağlayaraq ondan 86 manat pul alaraq, saat 15:00 radələrində Gədəbəy rayonuna getmək adı ilə işdən çıxdığını və həmin gündən sonra A.Allahverdiyevi bir dəfədə olsun görmədiyini bildirmişdir. O, Gədəbəy rayonunda yaşayan qohumları ilə əlaqə saxlayaraq Arzunun rayona gəlib-gəlməməsini soruşanda onlar ümumiyyətlə Arzunun Gədəbəy rayonuna gəlmədiyini bildirmişlər. O, xx.xx.2015-ci ildən bu günə kimi ərindən xəbər ala bilməmişdir. O, bunula bağlı bütün xəstəxanalara və RPİnə məlumat versə də, müsbət nəticə əldə olunmamışdır. O, ərinin itkin düşməsi ilə bağlı Bakı şəhər Nizami RPİ-nə ərizə ilə müraciət etmiş, onun ərizəsi Nizami RPİ-nin 23-cü PBnin baş təhqiqatçısı, polis kapitanı X6 icraatında olmuş və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. O, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin qəbul etdiyi qərarla yaşadığı ərazi üzrə Abşeron rayon Qeydiyyat şöbəsinə itkin düşmüş əri üçün ölüm faktının müəyyən edilməsinə dair şəhadətnamə verilməsini xahiş etmişdir. Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 05Q-1050/15 saylı məktubda onun məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Odur ki, o, ərizənin təmin olunmasını məhkəmədən xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPMin) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Gədəbəy rayonu, Emir kəndində qeydiyyatdadır. İşdə olan AZ-İİ № 860227 seriyalı doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.2011-ci il tarixdə Gəncə şəhərində doğulmuş, atası qrafasında X4, anası qrafasında Ərizəçi qeyd edilmişdir. İşdə olan Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 05Q-1050/15 saylı məktubdan görünür ki, Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İşdə olan Bakı şəhər Nizami RPİ-nin 23-cü PB-nin xx xxxxxxxx 2015-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2 itkin düşməsi faktı üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi və A.Allahverdiyev tapılması istiqamətində tədbirlər davam etdirilməsi və axtarış işinin açılması üçün toplanmış material Nizami RPİ-nin CAŞ-nə göndərilməsi barədə qərar qəbul edilmişdir. İşdə olan Bakı şəhər Nizami RPİ-nin 23-cü PB tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü, Gədəbəy rayonu, Qumlu kəndində qeydiyyatda olan, Abşeron rayonu, Saray qəsəbəsində kirayə yaşayan X4 xx.xx.2015-ci il tarixdə səhər 09:00 radələrində yaşadığı evdən işə getmək adı ilə çıxmış, həmin gün sonuncu dəfə saat 15:00-da işlədiyi Nizami rayonu H.Əliyev prospektində yerləşən Köhnə X13 həyətindəki daş sexindən işlədiyi əmək haqqını alaraq Gədəbəy rayonuna gedəcəyini bildirərək iş yerindən çıxmış yaşadığı evə qayıtmayaraq itkin düşmüşdür. Fakta əsasən xx.xx.2015-ci il tarixdə 8400/15 nömrəli Axtarış İşi açılmış və müvafiq tədbirlər davam etdirilir. Ərizəçi şəxsin itkin düşməsi haqqında şəhadətnamənin verilməsi üçün Gədəbəy rayonu Qeydiyyat şöbəsi qarşısında öhdəlik qoyulmasını tələb etmişdir. Gədəbəy rayonu Qeydiyyat şöbəsi qarşısında öhdəlik qoyulması məhkəmənin səlahiyyətləri kənarındadır. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edilməsinə dair işlərə baxır. Odur ki, ərizə bu hissədə əsassız olduğunda rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 315.1-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən, əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən, itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Beləliklə, məhkəmədə müəyyən olundu ki, xx.xx.1966-cı il təvəllüdlü, Gədəbəy rayonu, Qumlu kəndində qeydiyyatda olan, Abşeron rayonu, Saray qəsəbəsində kirayə yaşayan X4 xx.xx.2015-ci il tarixdə səhər 09:00 radələrində yaşadığı evdən işə getmək adı ilə çıxmış, həmin gün sonuncu dəfə saat 15:00-da işlədiyi Bakı şəhəri, Nizami rayonu H.Əliyev prospektində yerləşən “Köhnə X13” həyətindəki daş sexindən Gədəbəy rayonuna gedəcəyini bildirərək çıxmış və yaşadığı evə qayıtmayaraq itkin düşmüşdür. Onun xx.xx.2015-ci tarixdə itkin düşməsi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. X2 itkin düşməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. X2 itkin düşməsinin müəyyən edilməsi, ərizəçinin hüquqlarının həyata keçirilməsi üçün zəruridir. Ona görə də, məhkəmə ərizəni bu hissədə əsaslı hesab edib, onun qismən təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 213-220, 233.1, 305- 311-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi ərizəsi qismən təmin edilsin. xx.xx.1966-cı il tarixdə Gədəbəy rayonu, Qumlu kəndində anadan olmuş X2 xx xxxx 2015-ci il tarixdən xəbərsiz itkin düşmüş şəxs hesab edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar