Məhkəmə qərarları › İş №2(042)-173/2021

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-173/2021

12.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-173/2021 12.03.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy rayon Məhkəməsi, hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)875/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi təmin edilməmiş, iddiaçı həmin qətnamədən apelyasiya şikayəti vermiş, mülki iş hazırda Gəncə Apellyasiya məhkəməsinin icraatındadır. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, hazırki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə eyni tərəflər arasında eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)399/2020 saylı qətnaməsi var. Həmin qətnamə üzrə cavabdehin Gədəbəy rayonu, Ataxal kəndində yerləşən evdən istifadə hüququna xitam verilmişdir. Ona görə də iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 191, 261, 262-264, 268-269-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iş üzrə icraata xitam verilsin. İzah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar