Məhkəmə qərarları › İş №2(042)-178/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-178/2021

23.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-178/2021 23.02.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı müalicə xərclərinin artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh xx xxxxxxx 2009-cu il tarixdə doğulmuş X2 müalicə edilməsi üçün təyin edilmiş hər ay 70 manat müalicə xərcinin miqdarının artırılaraq, hər ay 100 manat məbləğində müəyyən edilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Cavabdeh ilə 2008-ci il tarixdə qeyri-rəsmi olaraq evlənmişdir. Ailə münasibətlərindən xx xxxxxxx 2009-cu il tarixdə X4 doğulmuşdur. Cavabdehlə əvvəllər münasibətləri normal olsa da sonradan münasibətləri pozulmuşdur. O, Gədəbəy Rayon Məhkəməsinə müraciət etmiş, Məhkəmə qətnaməsinə əsasən azyaşlı uşağın saxlanılması üçün hər ay 70 manat miqdarında aliment və 70 manat müalicə xərcləri təyin edilmişdir. O, bundan sonra Gədəbəy Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarı artırılaraq, 150 manat müəyyən edilmiş, müalicə xərclərinə münasibət bildirilməmişdir. Bundan sonra icra məmuru müalicə xərclərini icra etməkdən imtina etmiş, bildirmişdir ki, müalicə xərcləri qətnamədə göstərilməmişdir. Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarı artırılmış və 150 manat miqdarında müəyyən edilmişdir. Həmin məbləğ kifayət qədər yüksək məbləğdir və iddia tələbinin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(041)-967/2013 saylı qətnaməsinin surətindən görünür ki, xx xxxxxxx 2009-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 70 manat miqdarında aliment və 70 manat miqdarında müalicə xərcləri Cavabdeh alınaraq, İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(042)-474/2020 saylı qətnaməsinin surətindən görünür ki, xx xxxxxxx 2009-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş 70 manat alimentin miqdarı artırılaraq, hər ay 150 manat müəyyən edilmişdir. İşdə olan X1 surətindən görünür ki, tərəflərin ailə münasibətlərindən xx xxxxxxx 2009-cu il tarixdə X4 doğulmuşdur. İşdə olan sənədlərdən görünür ki, azyaşlı X3 xəstəliklər var. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məcəllənin 81.3-ci maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər 2008-ci il tarixdə evlənmişdir. Ailə münasibətlərindən xx xxxxxxx 2009-cu il tarixdə X4 doğulmuşdur. Tərəflər arasında ailə münasibətləri pozulduqdan sonra iddiaçı Gədəbəy Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə qətnaməsinə əsasən azyaşlı uşağın saxlanılması üçün hər ay 70 manat miqdarında aliment və 70 manat müalicə xərcləri təyin edilmişdir. İddiaçı, bundan sonra Gədəbəy Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarı artırılaraq, 150 manat müəyyən edilmiş, müalicə xərclərinə münasibət bildirilməmişdir. Bundan sonra icra məmuru müalicə xərclərini cavabdehdən alaraq, iddiaçıya verməkdən imtina etmiş, bildirmişdir ki, müalicə xərcləri qətnamədə göstərilməmişdir. Bununla da iddiaçı məhkəmə qətnaməsi ilə təyin edilmiş müalicə xərclərini cavabdehdən almaqdan məhrum olmuşdur. Ona görə də iddia tələbləri qismən təmin edilməli, xx xxxxxxx 2009-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(041)-967/2013 saylı qətnaməsi ilə təyin edilmiş müalicə xərcləri artırılaraq, 71 manat miqdarında müəyyən edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbi qismən təmin edilsin. xx xxxxxxx 2009-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(041)-967/2013 saylı qətnaməsi ilə təyin edilmiş müalicə xərcləri artırılaraq, 71 manat miqdarında müəyyən edilsin. Müalicə xərclərinin artırılması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar