Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-229/2021 11.03.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy rayon Məhkəməsi, hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 rəisi Elxan Abbasovun iştiraklar ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-ə və Cavabdeh2nə qarşı ilkin satış qiymətinin ləğv edilməsi və yeni qiymətləndirilmə aparılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-ə və Cavabdeh2nə qarşı ilkin satış qiymətinin ləğv edilməsi və yeni qiymətləndirilmə aparılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(042)730/2017 saylı qətnaməsinin surətindən görünür ki, X2 cavabdeh X1 qarşı iddia tələbi qismən təmin edilmiş, Cavabdeh İddiaçı LPO Cavabdeh1 ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli 024 saylı kredit müqaviləsi üzrə 14900.66 manat məbləğində əsas borc və 1466.51 manat məbləğində faiz borcu olmaqla, cəmi 16367 (on altı min üç yüz altmış yeddi) manat 17 (on yeddi) qəpik məbləğində borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun əvəzinin tutulması, İddiaçı mülkiyyətində olan Gədəbəy şəhəri, X3 küçəsi, 8A ünvanında yerləşən ekspert rəyi ilə 28000 (iyirmi səkkiz min) manat dəyərində qiymətləndirilmiş qeyri-yaşayış binası açıq hərracdan satılsın və satışdan əldə olunmuş məbləğ cavabdeh İddiaçı tutulmalı olan 16367 (on altı min üç yüz altmış yeddi) manat 17 (on yeddi) qəpik məbləğində borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun əvəzinin ödənilməsinə yönəldilməsi qət edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, hazırki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə eyni tərəflər arasında eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(042)730/2017 saylı qətnaməsi var. Həmin qətnamə üzrə eyni tərəflər və eyni əsaslar üzrə mülki işə baxılmışdır. Ona görə də iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 191, 261, 262-264, 268-269-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-ə və Cavabdeh2nə qarşı ilkin satış qiymətinin ləğv edilməsi və yeni qiymətləndirilmə aparılması tələbinə dair iş üzrə icraata xitam verilsin. İzah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-229/2021
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-229/2021
11.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver