Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-280/2021 10.03.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, XX.XX.1953-cü ildə Gədəbəy rayonu, Ağamalı (Çanaqçı) kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyatda olan X4 mənimlə qohumluq münasibətində olması, yəni X4 mənim bacım olması hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, o, xx.xx.1969-cu ildə anadan olmuşdur. X3 1953-cü ildə anadan olmuşdur. Valideynləri ona doğum haqqında şəhadətnamə alsalar da, bacısna almamışlar. X8 onun doğma bacısıdır. Bacısı ruhi xəstədir. Bacısının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün məhkəməyə müraciət etmək istəyir. Qanunvericliyin tələblərinə əsasən X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə müraciət etməsi üçün onların qardaşbacı olmaları təsdiq edilməlidir. Lakin bacısının doğum haqqında şəhadətnaməsi olmadığından bunu təsdiq etmək mümkün deyil. Ona görə də X4 onun bacısı olması barədə məhkəməyə ərizə ilə müraciət etməli olmuşdur. Bacısının doğum akt qeydi qeydiyyat şöbəsində aşkar olunmadığından onunla qohumluq münasibətində olması faktı yalnız məhkəmə qaydasında müəyyən edilə bilər. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X7 məhkəmə iclasında bildirdi ki, o, xx.xx.1953-cü il tarixdə Gədəbəy rayonu, Ağamalı kəndində anadan olmuşdur və hal-hazırda həmin kənddə yaşayır. Ərizəçi onun həmkəndlisidir. X8 ərizəçinin bacısıdır. Ərizəçinin bacısı xəstədir. Sürayyə ərizəçi ilə birlikdə yaşayır. O, ərizəçinin valideynlərini tanıyır, anasının adı mehri, atasının adı isə Dəmirdir. X1 və X12 məhkəmə iclasında X7nun ifadəsi ilə eyni məzmunlu ifadə verərək X4 ərizəçinin bacısı olmasını təsdiq etdilər. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan Gədəbəy RİHB-nin Çanaqçı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 55 saylı arayışdan görünür ki, Ərizəçi halhazırda Çanaqçı kəndində qeydiyyatdadır və yaşayır. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 rayonu, Ağamalı kəndində qeydiyyatdadır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 53 saylı doğum akt qeydinin yoxlanması vərəqəsindən görünür ki, X4 Gədəbəy rayonu Nərimankənd kənd icra nümayəndəliyində və Maraqlı şəxsndə doğum akt qeydi aşkar olunmamışdır. Yoxlama xx.xx.1953-cü il – xx.xx.2021-ci il doğum akt qeydləri və doğum bərpa qeydləri üzrə aparılmışdır. İşdə olan AZ-İ seriyalı 557848 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1996-cı ildə ölmüşdür. İşdə olan AZ-İ seriyalı 557847 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1992-ci ildə ölmüşdür. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri və işdəki digər sübutlarla təsdiq edildi ki, Ərizəçi xx.xx.1969-cu ildə Gədəbəy rayonu, Ağamalı kəndində anadan olmuşdur. Onun atası Mehri, anası Dəmir olmuşdur. X8 ərizəçinin bacısıdır. Belə ki, X6 doğum haqqında şəhadətnamə alınmamışdır. X4 doğum haqqında şəhadətnaməsi olmadığından Sürayyənin ərizəçinin bacısı olmasının məhkəmədən kənar qaydada müəyyən etmək mümkün deyildir. Bu fakt ərizəçinin izahatı, şahid ifadələri və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. Odur ki, ərizəçi bununla əlaqədar haqlı olaraq məhkəməyə müraciət etmişdir. MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-in 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. XX.XX.1953-cü il tarixdə anadan olmuş X4 xx.xx.1969-cu ildə Gədəbəy rayonu, Ağamalı kəndində anadan olmuş, hazırda Gədəbəy rayonu, Çanaqçı kəndində qeydiyyatda olan Ərizəçi ilə qohumluq münasibətində, yəni Ərizəçi bacısı olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-280/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-280/2021
10.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver