Məhkəmə qərarları › İş №2(042)-283/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-283/2021

10.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-283/2021 10.03.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X12 oğlunun katibliyi, Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, X2 və X3 məhkəməyə ərizə ilə müraciət edərək, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 2009-cu il tarixli, 03 saylı qərarı ilə Gədəbəy şəhəri ərazisində yerləşən 699.7 kv.m torpaq sahəsinə görə Ərizəçi1 adına tərtib olunmuş A 274593 saylı Torpaq sahəsinin plan və ölçüsünə dair sənədin ərizəçilərə məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, tələbin azaldılması barədə məhəkəmə ərizə verərək, ərizədə göstərilən digər ərizəçilərin çıxarılması və Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 2009-cu il tarixli, 03 saylı qərarı ilə Gədəbəy şəhəri ərazisində yerləşən 699.7 kv.m torpaq sahəsinin ona verilməsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin yalnız ona məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 2009-cu il tarixli, 03 saylı qərarı ilə ona Gədəbəy şəhəri ərazisində 699.7 kv.m torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin onun adına A 274593 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib olunmuşdur. Həmin sənəddə, DƏDRX-nin arxivində onun və ailə üzvlərinin soyadı “Bayramov” kimi qeyd olunmuşdur. Lakin bütün sənədlərdə onun adı “Bayramalıyev” kimi qeyd edilmişdir. Həmin sənəddə soyadında yanlışlığa yol verildiyi üçün həmin torpaq sahəsinə görə mülkiyyət hüququna dair çıxarış almasına maneə olur. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzürsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nın Gədəbəy şəhər İƏD üzrə nümayəndəliyin xx.xx.2021-ci il tarixli, 148 saylı arayışdan görünür ki, subyekt siyahısında texniki səhv olaraq X11, X10, X6, X7 və X1 yazılmışdır. Həqiqətdə isə aşağıdakı kimi oxunamlıdır:

1. Ərizəçi1

2. Ərizəçi2

3. Ərizəçi3

4. X5

5. X9 İşdə olan Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 2009-cu il tarixli, 03 nömrəli qərarı ilə verilmiş, xx.xx.2010-cu ildə Dövlət Kadastr kitabında 398 nömrə ilə uçota alınmış A № 274593 saylı “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin surətindən görünür ki, Ərizəçi1 699.7 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Həmin sənəddə torpaq mülkiyyətçisi kimi X11 qeyd edilmişdir. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 Ərizəçi1 ilə nikahlarını xx.xx.2016-cı il tarixdə bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 121 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Bayramalıyev, arvada Bayramalıyeva soyadı verilmişdir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və işdəki sübutlarla müəyyən olundu ki, Ərizəçi1 Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 2009-cu il tarixli, 03 nömrəli qərarı ilə verilmiş xx.xx.2010-cu ildə Dövlət Kadastr kitabında 398 nömrə ilə uçota alınmış A № 274593 saylı “Torpaq sahəsinin plan və ölçüsü” sənədi əsasında 699.7 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Həmin xx.xx.2010-cu ildə Dövlət Kadastr kitabında 398 nömrə ilə uçota alınmış A № 274593 saylı “Torpaq sahəsinin plan və ölçüsü” sənədində onun soyadı “Bayramov” kimi qeyd edilmişdir. Ancaq Ərizəçi1 bütün sənədlərində soyadı “Bayramalıyev” kimi yazılmışdır. Odur ki, qeyd olunan texniki səhv, yəni “Torpaq sahəsinin plan və ölçüsü” sənədindəki “X11” adında “Bayramov” yazılışının texniki səhv olması müəyyən edilərək həmin sənəddə düzəliş aparılmalı və müvafiq olaraq “Bayramalıyev” kimi qeyd edilməlidir. Eləcə də, məhkəmədə müəyyən olundu ki, Ərizəçi1 “Torpaq sahəsinin plan və ölçüsü” sənədində olan “X11” ilə eyni şəxsdir. Ərizəçi1 soyadının sözügedən sənəddə müxtəlif olması texniki səhvlə əlaqədar olmuşdur. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 2009-cu il tarixli, 03 nömrəli qərarı ilə verilmiş xx.xx.2010-cu ildə Dövlət Kadastr kitabında 398 nömrə ilə uçota alınmış A № 274593 saylı “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin “X11” yazılan hissədə Ərizəçi1 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslarda, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

Ərizəçi1 ərizəsi təmin edilsin. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 2009-cu il tarixli, 03 nömrəli qərarı ilə verilmiş, xx.xx.2010-cu ildə Dövlət Kadastr kitabında 398 nömrə ilə uçota alınmış A № 274593 saylı “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin Ərizəçi1 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar