Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-342/2021 07.04.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı qohumluq münasibətlərində olma faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi Maraqlı şəxsnə qarşı xx.xx.1941-ci il tarixdə doğulmuş və xx.xx.2018-ci il tarixdə vəfat etmiş mərhum Bayramalıyev (Alıyev) Məsdan Həsən oğlu ilə qohumluq münasibətində olması faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, Bayramalıyev (Alıyev) Məsdan Həsən oğlu onun qardaşıdır. Qardaşı Bayramalıyev (Alıyev) Məsdan Həsən oğlu xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. O, özünə məxsus daşınmaz əmlakı qardaşı oğluna bağışlamaq istəsə də müəyyən edilmişdir ki, qardaşının ilkin doğum akt qeydində soyadı Alıyev kimi qeyd edilmişdir. Bu səbəbdən Gədəbəy Rayon Notariat Ofisində bağışlama müqaviləsini bağlamaqdan imtina edilmiş və qohumluq münasibətində olma faktının müəyyən edilməsi tələb edilmişdir. O, Maraqlı şəxsnə müraciət etmiş, ona imtina məktubu verilmiş və qohumluq münasibətində olması ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Onun qohumluq faktının müəyyən edilməsi mülkiyyət hüquqlarının həyata keçirilməsi ilə əlaqədar zəruridir. Ona görə də ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Мəhkəmə Аzərbaycan Respublikası MPM-nin 185.6-cı madddəsinin tələblərini rəhər tutaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 oğlu ifadə verərək, bildirmişdir ki, ərizəçinin yaxın qohumudur. Bayramalıyev (Alıyev) Məsdan Həsən oğlu ərizəçinin ögey qardaşıdır. Hər ikisinin atası Bayramalıyev Həsən olmuş, lakin anaları fərqli qadınlar olmuşdur. Məhkəmə iclasında şahid kimi dindirilmiş X17 və X8 eyniməzmunlu ifadələr verdimişdir. İşdə olan Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1965-ci il tarixdə Gədəbəy rayonunun Yenikənd kəndində doğulmuşdur. İşdə olan X5 surətindən görünür ki, Ərizəçi xx.xx.1965-ci il tarixdə Gədəbəy rayonunun Yenikənd kəndində doğulmuş, atası qrafasında X9, anası qrafasında X3 qeyd edilmişdir. İşdə olan X6 surətindən görünür ki, X4 xx.xx.2018-ci il tarixdə ölmüşdür. İşdə olan X15 görünür ki, X9 xx.xx.1991-ci il tarixdə ölmüşdür. İşdə olan Gədəbəy Rayon Dövlət Arxivi tərəfindən veriliş Arayışdan görünür ki, Alıyev (Bayramalıyev) Məsdan Həsən oğluna aid 1939-1942-ci illərə doğum aktının qeydiyyatı kitabında atası qrafasında X16, anası qrafasında X1 olması barədə məlumat var. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş məktubdan görünür ki, ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şahid ifadələrini və təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə araşdırmaları ilə xx.xx.1941-ci il tarixdə doğulmuş və xx.xx.2018-ci il tarixdə vəfat etmiş mərhum Bayramalıyev (Alıyev) Məsdan Həsən oğlunun Ərizəçi ilə qohumluq münasibətdə olması, yəni, Bayramalıyev (Alıyev) Məsdan Həsən oğlunun Ərizəçi ögey qardaşı olması faktı sübut edilmişdir. Həmin faktın müəyyən edilməsi, ərizəçinin mülkiyyət hüquqlarının həyata keçirilməsi ilə əlaqədar hüquqi əhəmiyyətlidir və ərizəçinin həmin faktı təsdiq edən sənədləri başqa qaydada alması mümkün deyildir. Ona görə də ərizə təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ : Ərizə təmin edilsin. xx.xx.1941-ci il tarixdə doğulmuş və xx.xx.2018-ci il tarixdə vəfat etmiş mərhum Bayramalıyev (Alıyev) Məsdan Həsən oğlunun Ərizəçi ilə qohumluq münasibətdə olması, yəni, Bayramalıyev (Alıyev) Məsdan Həsən oğlunun Ərizəçi ögey qardaşı olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-342/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-342/2021
07.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver