Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-411/2024 24.04.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh ilə bağlanmış 05 fevral 2013-cü il tarixli nikahın ləğv edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılaraq, qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı ilə Cavabdeh 05 fevral 2013-cü il tarixdə nikah bağlamışlar. Tərəflərin ailə münasibətlərindən 15 aprel 2012-ci il tarixdə X5 doğulmuşdur. Tərəflərin ailə münasibətləri pozulmuşdur və onlar ayrılmışlar. Onların barışmaları mümkün deyildir. Ona görə iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərmiş, iddia tələbini etiraf etdiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X1 görünür ki, Cavabdeh ilə X4 xx.xx.2013-cü il tarixdə nikah bağlamışlar. İşdə olan X2 Surətindən görünür ki, Cavabdeh ilə İddiaçı ailə münasibətlərindən 15 aprel 2012-ci ildə X5 doğulmuşdur. İşdə olan Arayışdan görünür ki, İddiaçı və Orucov X3 rayonu, Göyəlli kəndində qeydiyyatdadırlar. İşdə olan barışıq sazişindən görünür ki, tərəflər azyaşlı uşağın ananın himayəsində qalması və onun saxlanılması üçün aliment ödənilməsi haqqında razılıq əldə etmişlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatını və işdə olan sənədləri təhqiq edərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) niкahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. Məcəllənin 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ərarvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Məcəllənin 22.2.1 və 22.2.2-ci maddələrinin tələbinə görə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşağın valideynlərindən hansının yanında qaldığını və uşaq üçün alimentin hansı valideyndən, hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, tərəflər 05 fevral 2013-cü il tarixdə nikah bağlamışlar. Onların ailə münasibətlərindən 15 aprel 2012-ci il tarixdə X5 doğulmuşdur. Tərəflər arasında ailə münasibətləri pozulmuşdur. Cavabdeh tərəfindən nikahın pozulmasına dair etiraz daxil olmamışdır. Eləcədə tərəflər mediasiya şurasında aliment ödənilməsi ilə bağlı qarşıqlı razılığa gəlmişlər. Ona görə də iddia tələbi təmin edilməli, tərəflər arasında xx.xx.2013-cü il tarixdə Gədəbəy Rayon İHB-nın Göyəlli kənd İƏD üzrə Nümayədəlliyində bağlanılmış nikah pozulmalıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 160 manat mediasiya xərci çəkmiş və 50 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə Gədəbəy Rayon İHB-nın Göyəlli kənd İƏD üzrə Nümayədəlliyində bağlanmış nikah pozulsun. 15 aprel 2012-ci il tarixdə doğulmuş X5 anası İddiaçı himayəsində saxlanılsın. Ödənilmiş 50 manat dövlət rüsumunun və 160 manat mediasiya xərcinin əvəzi Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-411/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-411/2024
24.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver