Məhkəmə qərarları › İş №2(042)-470/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-470/2021

20.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-470/2021 20.05.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədov şəhriyar Zülfüqar oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi X13 iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 15.07.1969-cu il tarixdə anadan olmuş mərhum həyat yoldaşı X7 27.10.2020-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi X18 ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək əlavə olaraq göstərdi ki, X5 ərizəçinin həyat yoldaşı olmuşdur. X5 27.10.2020-ci il tarixdə özünü intihar edərək öldürmüşdür. X7 cənazəsi Gədəbəy rayonunun Zəhmət kənd qəbirstanlığında dəfn edilmişdir. Lakin ərizəçinin həyat yoldaşı X7 ölməsinə dair ölüm şəhadətnaməsi alınmamışdır. Hazırda həyat yoldaşından miras qalmış mülkü ərizəçi öz adına rəsimləşdirmək üçün X7 ölüm şəhadətnaməsi tələb olunur. X1 ölüm şəhadətnaməsi olmadığı üçün ərizəçinin sənədləri kontor tərəfindən qəbul edilməmişdir. X7 27.10.2020-ci il tarixdə ölümünün qeyd edilməsi barədə Maraqlı şəxs tərəfindən verilmiş 09.02.2021-ci il tarixli 05/15-13-62 saylı məktubunda bu barədə qeydlər aparılmış və bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Odur ki, o, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. X6 məhkəmə iclasında bildirdi ki, o, ərizəçini onun qonşusudur. Ərizəçi X14 ilə ailə qurmuşdur. X14 27.10.2020-ci il tarixdə intihar edərək özünü öldürmüşdür. Mərhum X3 rayonu, Zəhmət kənd qəbristanlığında dəfn edilmişdir. Dəfndə o da iştirak etmişdir. X4 məhkəmə iclasında X11 nun ifadəsi ilə eyni məzmunlu ifadə verərək X7 27.10.2020-ci il tarixdə intihar edərək özünü öldürməsini təsdiq etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPMin) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nin Slavynaka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 08.02.2021-ci il tarixli, 124 saylı arayışdan görünür ki, Ərizəçi Gədəbəy rayonu, Slavyanka kəndində yaşayır. İşdə olan Vİ-ЖГ № 076045 seriyalı evlənmək haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 Tünzalə İsə qızı ilə nikahlarını 22.12.1993-cü il tarixdə bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Musayev, arvada Musayeva soyadı verilmişdir. İşdə olan qonşuluq aktından görünür ki, X14 27.10.2020-ci ildə intihar edərək özünü öldürmüş və Gədəbəy rayonu, Zəhmət kəndində dəfn edilmişdir. İşdə olan fotoşəkildən görünür ki, X7 qəbir daşında onun ölüm tarixi kimi 27.10.2020ci il qeyd edilmişdir. İşdə olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Gədəbəy rayonu, Slavyanka kənd sakini X7 27.10.2020-ci il tarixdə yaşadığı evdə özünü asaraq öldürməsinə görə araşdırılma aparılmış və toplanmış 142C-20 saylı material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. İşdə olan vətəndaş Ərizəçi ərizəsinə cavab olaraq Maraqlı şəxs tərəfindən verilmiş 09 fevral 2021-ci il tarixli, 05/15-13/62 nömrəli məktubdan görünür ki, 15.07.1969-cu il tarixdə Gədəbəy rayonu, Slavyanka kəndində anadan olmuş X7 ölümünün qeydə alınması üçün ölüm faktını təsdiq edən sənədlər olmadığından ərizənin qeydiyyat şöbəsində təmin edilməsi mümkün deyildir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmədə müəyyən olundu ki, X14 15.07.1969-cu il tarixdə Gədəbəy rayonu, Slavyanka kəndində anadan olmuşdur. X14 27.10.2020-ci il tarixdə intihar edərək ölmüş və Gədəbəy rayonu, Zəhmət kənd qəbristanlığında dəfn edilmişdir. Onun 27.10.2020-ci il tarixdə ölməsi şahid ifadələri və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. X7 ölümü ilə əlaqədar tibbi sənədlər olmadığından və onun ölümündən uzun müddət keçməsinə görə ona ölüm haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. Odur ki, onun ölümünə dair hüquqi əhəmiyyəti olan faktın məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. X7 ölüm faktının müəyyən edilməsi, ərizəçinin hüquqlarının həyata keçirilməsi üçün zəruridir. Ona görə də, məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 213-220, 233.1, 305- 311-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 15 iyul 1969-cu il tarixdə Gədəbəy rayonu, Slavyanka kəndində anadan olmuş X7 27 oktyabr 2020-ci il tarixdə intihar yolu ilə ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Maraqlı şəxsnə həvalə edilsin ki, X9 veriləcək ölüm haqqında şəhadətnamədə onun ölüm tarixi kimi “27 oktyabr 2020-ci il”, öldüyü yer kimi “Gədəbəy rayonu, Slavyanka kəndi” qeyd edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar