Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-497/2021 26.05.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 2001-ci il tarixlii, 02 saylı qərarı ilə verilmiş JN-138A KOD 50532028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin “X7” yazılan hissədə mərhum X3 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, O, xx.xx.1988-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur. Hal-hazırda Qaradağ kəndində yaşayır. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 2001-ci il tarixlii, 02 saylı qərarı ilə JN-138A saylı KOD 50532028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında anası X2 adına olmaqla onun birgə mülkiyyətinə ümumilikdə 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. X13 20.12.2017-ci ildə vəfat etmişdir. O, anasından miras qalmış torpaq sahəsini qəbul etmişdir. Həmin torpaq sahəsini miras əmlak olaraq adına rəsmiləşdirən zaman məlum olmuşdur ki, sözügedən şəhadətnamədə anasının ata adı Abbasəli əvəzinə səhvən “Abbas” kimi yazılmşdır. Buna baxmayaraq mərhum anasının ata adı Abbasəlidir və onun ölüm haqqında şəhadətnaməsində də ata adı Abbasəli yazılmışdır. Hazırda mərhum anasının ölüm haqqında şəhadətnaməsində olan ata adı (Abbasəli) ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə olan ata adı (Abbas) düz gəlmir. Bu isə onun anasından miras qalmış mülklə bağlı hüquqlarının həyata keçirilməsinə maneələr törədir. Bu səbəbdən hüquq müəyyənedici sənəd olan həmin “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin “X7” yazılan hissədə mərhum anası X3 məxsus olması faktının müəyyən edilməsini istəyir. Odur ki, o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzürsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsi tərəfinədn verilmiş 10.03.2020-ci il tarixlii arayışdan görünür ki, Ərizəçi ƏƏSMN-i yanında DSMF Gədəbəy rayon şöbəsindən 2-ci qrup ümimu səbəbdən əlil kimi 130 manat müavinət alır. Müddət-30.06.2021. İşdə olan AZ-İ № 868851 seriyalı ölüm haqqında şəhadətnamənin lazımı qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 20.12.2017-ci il tarixdə Gədəbəy rayonu, Qaradağ kəndində “genarilzə olunmuş xərçəng” səbəbindən ölmüşdür. İşdə olan Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.1988-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuşdur. Atası qrafasında X11, anası qrafasında X5 qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 2001-ci il tarixlii, 02 nömrəli qərarı ilə verilmiş JN-138A saylı KOD 50532028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, X6 və onun ailə üzvü Ərizəçi 0.10 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və işdəki sübutlarla müəyyən olundu ki, Ərizəçi 03.07.1978-ci tarixdə Gədəbəy rayonu, Slavyanka kəndində doğulmuşdur. X6 və ona Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 2001-ci il tarixli, 02 nömrəli qərarı ilə verilmiş JN-138A saylı KOD 50532028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 0.94 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin JN-138A saylı KOD 50532028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməndə mərhum anasının ata adı “Abbas” kimi qeyd edilmişdir. X1 bütün sənədlərində ata adı “Abbasəli” kimi yazılmışdır. Odur ki, qeyd olunan texniki səhv, yəni Şəhadətnaməndəkı “X7” adında “Abbas” yazılışının texniki səhv olması müəyyən edilərək həmin şəhadətnamədə düzəliş aparılmalı və müvafiq olaraq “Abbasəli” kimi qeyd edilməlidir. Eləcə də, məhkəmədə müəyyən olundu ki, Ərizəçi mərhum anası X4 şəhadətnaməndə olan “X7” ilə eyni şəxsdir. X2 adının sözügedən şəhadətnaməndə müxtəlif olması texniki səhvlə əlaqədar olmuşdur. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 2001-ci il tarixli, 02 nömrəli qərarı ilə verilmiş JN-138A saylı KOD 50532028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin “X7” yazılan hissədə Ərizəçi anası X3 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslarda, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 2001-ci il tarixli, 02 saylı qərarı ilə verilmiş JN-138A saylı KOD 50532028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin “X7” yazılan hissədə Ərizəçi mərhum anası X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-497/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-497/2021
26.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver