Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-512/2021 25.05.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədov şəhriyar Zülfüqar oğlunun katibliyi, Ərizəçi X3 iştirakı ilə, Ərizəçi X3 “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi X6 məhkəməyə ərizə ilə müraciət edərək, 01.09.2017-ci ildə Gədəbəy rayonunda anadan olmuş X1 25.08.2019-cu ildə Gədəbəy rayonu, Qoşabulaq kəndində pilləkəndən yıxılaraq xəsarət alması səbəbindən ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X6 ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək əlavə olaraq göstərdi ki, X4 onun qızıdır. Qızı 01.09.2017-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur. X4 25.08.2019-cu ildə Gədəbəy rayonu, Qoşabulaq kəndində yaşadıqları evin pilləkənindən yıxılaraq xəsarət almış və ölmüşdür. Faktla bağlı Gədəbəy rayon Polis şöbəsində araşdırma aparılmış və baş vermiş hadisədə cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Qızı Gədəbəy rayonu, Qoşabulaq kənd qəbristanlığında dəfn edilmişdir. O, qızına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin Gülərin ölümünü təsdiq edən tibbi sənədlər olmadığı üçün Maraqlı şəxs ona ölüm haqqında şəhadətnamə verməkdən imtina edir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, o, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPMin) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Gədəbəy rayonu, Slavyanka kəndində qeydiyyatdadır. Gədəbəy rayonu İHB-nin İnəkboğan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 25.06.2019-cu il tarixli, 412 saylı arayışdan görünür ki, İnəkboğan kənd İƏD üzrə nümayəndəliyin 06 nömrəli təsərrüfatbaşına kitabının 34-cü səhifəsində qeydiyyatdadır. İşdə olan vətəndaş X3 ərizəsinə cavab olaraq Maraqlı şəxs tərəfindən verilmiş 31 mart 2021-ci il tarixli, 05/15-120 nömrəli məktubdan görünür ki, X1 ölümünün qeydə alınması üçün ölüm faktını təsdiq edən sənədlər olmadığından ərizənin qeydiyyat şöbəsində təmin edilməsi mümkün deyildir. İşdə olan AZ-İV № 552684 seriyalı doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 01.09.2017-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur. İşdə olan Şəmkir Mərkəzi rayon Xəstəxanasının 25 avqust 2019-cu il tarixli göndərişindən görünür ki, “qapalı kəllə beyin travması” diaqnozu qoyulmuş 2017-ci il təvəllüdlü X4 müayinə və müalicə üçün Abbas Səhhət adına şəhər xəstə xanasının Travmatologiya və Ortopediya şöbəsinə göndərilməsi üçün göndəriş verilmişdir. İşdə olan Şəmkir Mərkəzi rayon Xəstəxanasının 25 avqust 2019-cu il tarixli göndərişindən görünür ki, “qapalı kəllə beyin travması” diaqnozu qoyulmuş 2017-ci il təvəllüdlü X4 müayinə və müalicə üçün 2 saylı Uşaq xəstəxanasına göndərilməsi üçün göndəriş verilmişdir. İşdə olan 05 sentyabr 2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, aparılmış araşdırılma ilə 01.09.2017-ci il tarixdə Gədəbəy rayonu, Qoşabulaq kəndində anadan olmuş Azərbaycan Respublikası vətəndaşı, azyaşlı olan, Gədəbəy rayonu, Qoşabulaq kəndində qeydiyyatda olmaqla yaşamış X1 Şəmkir RMC-na qapalı kəllə-beyin travması diaqnozu ilə 25 avqust 2019-cu il tarixdə daxil olmuş və xəstəxanada ölməsi faktından cinayət hadisəsi müəyyən edilməmiş və toplanmış 101C-19 saylı material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmədə müəyyən olundu ki, X4 01.09.2017-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur. X4 25 avqust 2019-cu il tarixdə Gədəbəy rayonu, Qoşabulaq kənində pilləkəndən yıxılaraq xəsarət alması səbəbindən ölmüşdür. Onun 25 avqust 2019-cu il tarixdə Gədəbəy rayonu, Qoşabulaq kənində pilləkəndən yıxılaraq xəsarət alması səbəbindən ölməsi iddiaçının izahatı və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. X1 ölümü ilə əlaqədar tibbi sənədlər olmadığından və onun ölümündən uzun müddət keçməsinə görə ona ölüm haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. Odur ki, onun ölümünə dair hüquqi əhəmiyyəti olan faktın məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. X1 ölüm faktının müəyyən edilməsi, ərizəçinin hüquqlarının həyata keçirilməsi üçün zəruridir. Odur ki, ərizəçi bununla əlaqədar haqlı olaraq məhkəməyə müraciət etmişdir. MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-in 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 213-220, 233.1, 305- 311-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi X3 ərizəsi təmin edilsin. 01 sentyabr 2017-ci ildə Gədəbəy rayonunda anadan olmuş X1 25 avqust 2019-cu il tarixdə Gədəbəy rayonu, Qoşabulaq kəndində pilləkəndən yıxılaraq xəsarət alması səbəbindən ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Maraqlı şəxsnə həvalə edilsin ki, X2 veriləcək ölüm haqqında şəhadətnamədə onun ölüm tarixi kimi “25 avqust 2019-cu”, öldüyü yer kimi “Gədəbəy rayonu, Qoşabulaq kəndi” qeyd edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-512/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-512/2021
25.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver