Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-513/2021 22.04.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsinin hakimi Kazımov Marif Sabir oğlu, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin sərhədlərinin tanıdılması” tələbinə dair ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdim: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin sərhədlərinin tanıdılması” tələbinə dair məhkəməyə ərizə ilə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizənin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyü məsələsinə baxaraq qeyd edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilməkdən imtina edilməlidir. Belə ki, müəyyən edilmişdir ki, Gədəbəy rayon Məhkəməsinin icraatında eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə, yəni İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin sərhədlərinin tanıdılması” tələbinə dair 2(042)-43/2021 saylı mülki iş vardır. MPM-in 153.2.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. MPM-in 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. MPM-in 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Məhkəmə hesab edir ki, belə olan halda iddia ərizəsini qəbul etməkdən imtina edilməli və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 232, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin sərhədlərinin tanıdılması” tələbinə dair iddia ərizəsini qəbul etməkdən imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə İddiaçı qaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-513/2021
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-513/2021
22.04.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver