Məhkəmə qərarları › İş №2(042)-560/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-560/2021

01.10.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-560/2021 01.10.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, iddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, iddiaçı “Qaz İxrac” İdarəsinin cаvаbdеh Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ЕТDİ: İddiаçı “Qaz İxrac” İdarəsi cаvаbdеh Cavabdeh qarşı Cavabdeh tərəfindən Gədəbəy rayonunun Samanlıq Tərsyer kəndi ərazisində magistral qaz boru kəmərinin mühafizə zonasında qaz kəməri ilə 13 metr məsafədə inşa edilmiş yaşayış evinin cavabdehin öz vəsaiti hesabına tam sökülərək mühafizə zonasından boşaldılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gədəbəy rayonunun Samanlıq Tərsyer kəndi ərazisində Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il tarixli 103 nömrəli qərarının tələbləri pozularaq, həmin ərazidən keçən diametri Dş 1020 mm-lik yüksək təzyiqli “Qazıməmməd-Qazax” 1-ci xətt magistral qaz kəmərinin mühafizə zonasında kəmərlə 13 metr məsafədə yaşayış evi inşa etmişdir. Ona görə də, iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, onun ev tikdirdiyi torpaq sahəsi Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən atasına verilmişdir. O, həmin torpaq sahəsində qanuni əsaslarla ev tikdirmiş, bundan sonra qaz kəməri çəkilmişdir. O, həmin evi çətinliklə tikdirmiş, yaşamaq üçün başqa evi yoxdur. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan 03.03.2021-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın və Azərbaycan Dövlət Tikinti Normativləri 2.6-2 X5 Layihələndirmə Normalarının tələbləri pozularaq Gədəbəy rayonunun Samanlıq Tərsyer kəndi ərazisində yaşayan Cavabdeh tərəfindən “Qazıməmməd-Qazax” 1-ci xətt magistral qaz kəmərinin mühafizə zonasında kəmərlə 13 metr məsafədə fərdi yaşayış evi inşa etmişdir. İşdə olan mütəxəssis rəyindən görünür ki, Gədəbəy Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli yerli baxışına mütəxəssis ilqar Məmmədovun iştirakı təmin olunmuş, mübahisələndirilən ərazidə lazımi ölçülər götürülmüşdür. Lakin sənədlər toplusunda magistral qaz boru kəmərinin göstəricilərini əks etdirən sənədlər (kəmərin layihəsi, təzyiqi, ölçüləri, mühafizə zolağı və b. göstəriciləri) olmadığı üçün qərardadda qoyulmuş sualları cavablandırmaq mümkün olmamışdır. Qeyd olunan sənədlər (məlumatlar) məhkəmə tərəfindən təqdim edildiyi təqdirdə məsələyə qanuna müvafiq baxılacaqdır. İşdə olan Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş Rəydən görünür ki, Gədəbəy rayonunun Qoşabulaq kənd İƏD üzrə nümayəndəliyinin Tərsyer kəndində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evinin tikintisi ilə bağlı Gədəbəy RİH başçısı aparatına hər hansı müraciət olunmamış və yaşayış evinin tikintisinə tərəfimizdən rəsmi qaydada icazə verilməmişdir. Bu səbəbdən qanunsuz tikilinin nə vaxt inşa olunduğu dəqiq müəyyən olunmadı, həmin tikilinin təqdim olunmuş torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilmiş əraziyə düşməsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilə bilər. Qeyd olunan qaz xətti yeraltı olduğundan, borunun mühafizə zonası və tikiliyə qədər olan məsafənin müəyyən edilməsi mümkün deyil (bunun üçün xüsusi alətlər tələb olunur). Tikilinin sökülməsi Azərbaycan Respublikası Tikintidə X1 Agentliyi tərəfindən qəbul edilmiş qərardan sonra məhkəmə qətnaməsi əsasında aparıla bilər. İşdə olan Torpaq sahəsinin Planı və Ölçüsü sənədinin surətindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 29 may 1999-cu il tarixli 15 saylı qərarı ilə X4 2595.84 kv.m torpaq sahəsi verilmişdir. İşdə olan X3 surətindən görünür ki, X6 19 may 19 may 2010-cu il tarixdə ölmüşdür. Аzərbаycаn Rеspublikаsı MPM-nin 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiy hаllаrı sübut еtməlidir. Məcəllənin 217.4-cü mаdəsinə əsаsən məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə tərəflərin izаhаtlarını və işdə olan sənədləri tədqiq edərək, hеsаb еdir ki, iddiа ərizəsi təmin еdilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, mübahisələndirilən ərazidə lazımi ölçülər götürülmüşdür. Lakin sənədlər toplusunda magistral qaz boru kəmərinin göstəricilərini əks etdirən sənədlər (kəmərin layihəsi, təzyiqi, ölçüləri, mühafizə zolağı və b. göstəriciləri) olmadığı üçün qərardadda qoyulmuş sualları cavablandırmaq mümkün olmamışdır. Bundan başqa Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş Rəylə müəyyən edilmişdir ki, Gədəbəy RİHB-nın Qoşabulaq Kənd İƏD üzrə Nümayəndəliyinin Tərsyer kəndində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evinin yaxınlığından keçən qaz xətti yeraltı olduğundan, borunun mühafizə zonası və tikiliyə qədər olan məsafənin müəyyən edilməsi mümkün deyil (bunun üçün xüsusi alətlər tələb olunur). Yəni, cavabdehə məxsus fərdi yaşayış evində qazın istehlakı ilə əlaqədar baş verə biləcək hər hansı təhlükənin qarşısının alınması vəzifəsi iddiaçının üzərinə düşür. Ona görə də iddia tələbləri təmin edilməməlidir. Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edilmədiyi üçün hazırkı iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, Q Ə T Е T D İ: İddiа tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnаmədən rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində Gədəbəy Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Sədrlik еdən: Fizuli Mirzəquliyеv

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar