Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Gədəbəy rayonu İş № 2(042)-578/2021 08.05.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Mən, Gədəbəy rayon Məhkəməsinin hakimi Mirzəquliyev Fizuli Balağa oğlu, Bakı şəhəri, Mətbuat prospekti 24 ünvanında yerləşən kreditor “xxxx” MMC-nin Borclu qarşı borcun tutulmasına dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək M ü ə y y ə n e t d i m: Kreditorun nümayəndəsi vasitəsilə məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, kreditor xxxx” MMC ilə Borclu arasında 20.10.2016-cı il tarixli, ******* saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən borcluya kreditlə dəyəri 620 manat olan məişət avadanlığı verilmişdir. Borclu ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədən kənar həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “xxxx” MMC öz tələbini məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Hazırda 15.04.2021-ci il tarixli maliyyə arayışına əsasən borclunun kreditora olan borcu 20.10.2016-cı il tarixli müqavilə üzrə 160 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Ərizəyə əlavə edilmiş sənədlərlə kreditorun tələbinin aşkar olduğu, tələb sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq Əmr e t d i m: xx.xx.1981-ci il tarixdə Gədəbəy rayonunun Çayrəsullu kəndində doğulmuş və həmin ünvanda yaşayan Borclu 160 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu alınaraq, kreditor “xxxx” MMC-ə verilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-578/2021
Gədəbəy Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(042)-578/2021
08.05.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver