Məhkəmə qərarları › İş №2(042)-580/2021

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-580/2021

07.05.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-580/2021 07.05.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh2 və Cavabdeh1 torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin icraata götürülməsi məsələsi müzakirə edilərkən müəyyən edilmişdir ki, eyni tələb eyni əsaslar üzrə Gədəbəy Rayon Məhkəməsinin icraatında 2(042)505/2021 saylı mülki iş var və həmin iş üzrə mütəxəssis cəlb edilmiş və iş üzrə icraat dayandırılmışdır. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 2(042)505/2021 saylı qərardadının surətindən görünür ki, İddiaçı Cavabdeh2 və Cavabdeh1 torpaq sahəsinin boşaldılması tələbi haqqında iddia ərizəsi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2. və 153.2.4-cü maddələrinə əsasən hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 torpaq sahəsinin boşaldılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və eyni əsaslar üzrə məhkəmənin icraatında mülki iş var. Ona görə də iddia ərizəsi əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 149, 152, 153,263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı Cavabdeh2 və Cavabdeh1 torpaq sahəsinin boşaldılması tələbi haqqında iddia ərizəsi qəbul edilməkdən imtina edilsin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarısın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar