Məhkəmə qərarları › İş №2(042)-589/2021

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-589/2021

18.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-589/2021 18.05.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs1nə və DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə qarşı bağışlama əqdinin notarial qaydada aparılması faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdi: Ərizəçi Maraqlı şəxs1nə və DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə qarşı bağışlama əqdinin notarial qaydada aparılması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizənin məhkəmə icraatına qəbul edilməsi məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, ərizəçi Bakı şəhəri, 3-cü Alatava küçəsi, ö/t, 326 ünvanında yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1 və 152.1.3-cü maddələrinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məcəllənin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə, ərizəçi ünvan 1 ünvanında yaşayır. Onun ərizəsi Gədəbəy Rayon Məhkəməsində baxıla bilməz. Ona görə də Ərizəçi ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Həmçinin, məhkəmə izah edir ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 149, 152, 153,263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1nə və DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə qarşı bağışlama əqdinin notarial qaydada aparılması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar