Məhkəmə qərarları › İş №2(042)-619/2021

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-619/2021

03.06.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-619/2021 03.06.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Gədəbəy rayon Miskinli kənd tam orta məktəbinin direktoru X1 və Təhsil Nazirliyi 1 saylı Ərazi Hesablama Mərkəzinə qarşı məzuniyyət pulunun vaxtında hesablanıb ödənilməməsi və hər gecikdirilən gün üçün ən azı 1 faiz əlavə ödənişin ödənilməsi tələblərinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Gədəbəy rayon Miskinli kənd tam orta məktəbinin direktoru X1 və Təhsil Nazirliyi 1 saylı Ərazi Hesablama Mərkəzinə qarşı məzuniyyət pulunun vaxtında hesablanıb ödənilməməsi və hər gecikdirilən gün üçün ən azı 1 faiz əlavə ödənişin ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2. və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, həmin tələb məhkəmə qaydasında baxılmalı deyil, ərizəçinin müraciəti əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən edilməli, əgər həmin təşkilatın nümayəndəsi bundan imtina edərsə və ərizəçi bu imtinanın qanuniliyi və əsaslılığı ilə razılaşmazsa, onun şikayəti əsasında müvafiq inzibati məhkəmə tərəfindən baxıla bilər. Ona görə də iddia ərizəsi əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 149, 152, 153,263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı cavabdehlər Gədəbəy rayon Miskinli kənd tam orta məktəbinin direktoru X1 və Təhsil Nazirliyi 1 saylı Ərazi Hesablama Mərkəzinə qarşı məzuniyyət pulunun vaxtında hesablanıb ödənilməməsi və hər gecikdirilən gün üçün ən azı 1 faiz əlavə ödənişin ödənilməsi tələbləri məhkəmə qaydasında baxılmalı olmadığı üçün geri qaytarısın. İddiaçı izah edilsin ki, bir müvafiq müvafiq təşkilata müraciət etməli, əgər həmin təşkilatın nümayəndəsi bundan imtina edərsə və iddiaçı bu imtinanın qanuniliyi və əsaslılığı ilə razılaşmazsa, onun şikayəti əsasında müvafiq inzibati məhkəmə tərəfindən baxıla bilər. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar