Məhkəmə qərarları › İş №2(042)-684/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-684/2021

19.11.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-684/2021 19.11.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs Başçısı Aparatının Qəyyum və Himayəçilik Komissiyasın nümayəndəsi X6 iştirakları ilə, Ərizəçi Maraqlı şəxs Başçısı Aparatının Qəyyum və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi maraqlı şəxs Gədəbəy RİHB Aparatının Qəyyum və Himayəçilik Komissiyasına qarşı 10.08.1951-ci il tarixdə doğulmuş ünvan 1 ünvanında yaşayan X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, X2 onun arvadıdır. X2 anadangəlmə ruhi xəstə və İ qrup əlildir. O, özünü idarə etmək iqtidarında deyildir. Ona bütün işlərində kömək etmək üçün qəyyum təyin edilməlidir. X1 Gədəbəy rayon Polikilinkasında baş beyin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, baş beyin xəstəliyi nəticəsində xroniki sayıqlama, ciddi davranış pozuntular çox ağır dərəcəli ağıl zəifliyi müəyyən edilmişdir. Ona bütün işlərində yaxından kömək etmək üçün bir nəfər şəxs qəyyum təyin edilməlidir. Ona görə də, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Başçısı Aparatının Qəyyum və Himayəçilik Komissiyasının nümayəndəsi X8 məhkəmə iclasında ərizənin təmin edilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X3 surətindən görünür ki, X2 və Ərizəçi 09.05.1976-cı il tarixdə nikah bağlamışlar. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Rayonlararası Psixonevroloji Dispanserində keçirilmiş məhkəmə psixiatrik ekspertizasının 08 oktyabr 2021-ci il tarixli Rəyindən görünür ki, X2 ağır Baş-beyin Xəstəliyi nəticəsində X4, Ağıl Zəifliyi və X5 XTB-10 (Psixi və davranış pozuntularının beynəlxalq təfsilatı 10-cu baxış) F70.1 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını tam anlamaq və hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq, X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Məcəllənin 318.2-ci maddəsinin tələbinə görə, şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyətli olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, 10.08.1951-ci il tarixdə doğulmuş ünvan 1 ünvanında yaşayan X2 ərizəçinin arvadıdır. X2 anadangəlmə ruhi xəstədir. O, Gədəbəy rayon Polikilinkasında baş beyin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, baş beyin xəstəliyi nəticəsində xroniki sayıqlama, ciddi davranış pozuntular çox ağır dərəcəli ağıl zəifliyi alsheymer xəstəliyi, ağırlaşma F22.0 Sayıqlama pozğunluğu, ağırlaşma F73 Çox ağır əqli gerilik, yanaşı xəstəliklər G30.9 dəqiqləşdirilməmiş Alsheymer xəstəliyi” ilə uçota götrülmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Rayonlararası Psixonevroloji Dispanserində keçirilmiş məhkəmə psixiatrik ekspertizasının 20 aprel 2021ci il tarixli Rəyindən görünür ki, X2 Baş-beyin Xəstəliyi nəticəsində X4, Ağıl Zəifliyi və X5 XTB-10 (Psixi və davranış pozuntularının beynəlxalq təfsilatı 10-cu baxış) F70.1 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını tam anlamaq və hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq, X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Ona görə də ərizə təmin edilməli, 10.08.1951-ci il tarixdə doğulmuş ünvan 1 ünvanında yaşayan X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ : Ərizə təmin edilsin. 10.08.1951-ci il tarixdə doğulmuş ünvan 1 ünvanında yaşayan X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar