Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-93/2021 06.04.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçinun Maraqlı şəxs Başçısı Aparatının Qəyyum və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi maraqlı şəxs Gədəbəy RİHB Aparatının Qəyyum və Himayəçilik Komissiyasına qarşı xx.xx.1990-cı il tarixdə doğulmuş X4 və xx.xx.1996-cı il tarixdə doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, oğlu X10 və X6 1989-cu il tarixdə evlənmişlər. Birgə nikahlarından xx xxxxxx 1990-cı il tarixdə X11, xx xxxxxxxx 1992-ci il tarixdə X12 və xx xxxxxx 1996-cı il tarixdə X13 doğulmuşlar. Lakin onlar arasında olan ailə münasibətlərinə 2005-ci il tarixdə xitam verilmiş, uşaqların anası X8 2009-cu il tarixdə ölmüş, atası isə yeni ailə qurmuş və uşaqlarını saxlamaqdan imtina etmişdir. Nəvələrini o, saxlayaraq böyütmüşdür. X12 2020ci il tarixdə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. xx xxxxxx 1990-cı il tarixdə doğulmuş X11 və xx xxxxxx 1996-cı il tarixdə doğulmuş X13 anadangəlmə ruhi xəstə və İİ qrup əlildirlər. Onlar özlərini idarə etmək iqtidarında deyillər. Onlara bütün işlərində o, kömək edir. Onların hazırda başqa yaxın qohumu qalmamışdır. Ona görə də, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Başçısı Aparatının Qəyyum və Himayəçilik Komissiyasına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri haqqında məhkəməyə məlumat vrməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X1 surətlərindən görünür ki, xx xxxxxx 1990-cı il tarixdə X11 və xx xxxxxx 1996-cı il tarixdə X13 doğulmuşlar. Onların atası X10, anası X2r. İşdə olan X3 surətindən görünür ki, X9 xx xxxx 2009-cu il tarixdə ölmüşdür. İşdə olan Arayışlardan görünür ki, X11 və X7 oliqofreniya debillik xəstəlikləri var. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Rayonlararası Psixonevroloji Dispanserində keçirilmiş məhkəmə psixiatrik ekspertizasının xx xxxx 2021ci il tarixli Rəylərindən görünür ki, X11 və X13 yüngül dərəcəli kəmağıllıq, davranış pozğunluqları və nitq qüsuru ilə XTB-10 (Psixi və davranış pozuntularının beynəlxalq təfsilatı 10-cu baxış) F70.1 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını tam anlamaq və hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq, onlar fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını və təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Məcəllənin 318.2-ci maddəsinin tələbinə görə, şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyətli olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, X10 və X6 1989-cu il tarixdə evlənmişlər. Onların birgə nikahlarından xx xxxxxx 1990-cı il tarixdə X11, xx xxxxxxxx 1992-ci il tarixdə X12 və xx xxxxxx 1996-cı il tarixdə X13 doğulmuşlar. Lakin onlar arasında olan ailə münasibətlərinə 2005-ci il tarixdə xitam verilmiş, uşaqların anaları X8 2009-cu il tarixdə ölmüş, azyaşlı uşaqların ataları X10 azyaşlı uşaqlarını ərizəçinin öhdəsinə qoyaraq, digər şəxslə ailə qurmuşdur. Uşaqları nənələri Ərizəçi saxlayaraq böyütmüş və onlar faktiki olaraq Ərizəçinun himayəsində olmuşlar. Məhkəmənin qənaətinə görə Ərizəçi X12 və X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Rayonlararası Psixonevroloji Dispanserində keçirilmiş məhkəmə psixiatrik ekspertizasının xx xxxx 2021-ci il tarixli Rəylərindən görünür ki, X11 və X13 öz hərəkətlərinin mənasını tam anlamaq və hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildirlər. Bununla əlaqədar olaraq, onlar fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilərlər. Ona görə də ərizə təmin edilməli, Gədəbəy rayonunun Arıqıran kəndində doğulmuş və həmin kənddə yaşayan xx xxxxxx 1990-cı il tarixdə doğulmuş X11 və xx xxxxxx 1996-cı il tarixdə doğulmuş X13 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ : Ərizə təmin edilsin. Gədəbəy rayonunun Arıqıran kəndində doğulmuş və həmin kənddə yaşayan xx xxxxxx 1990-cı il tarixdə doğulmuş X11 və xx xxxxxx 1996-cı il tarixdə doğulmuş X13 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-93/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-93/2021
06.04.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver