Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-935/2020 04.11.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədov şəhriyar Zülfüqar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “qohumluq və ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mərhum bacısı X4 xx xxxx 2020-ci il tarixdə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 53-cü maddəsinə əsasən iddia tələbinin həcmini artıraraq, mərhum X4 bacısı olması hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi və mərhum bacısı X4 xx xxxx 2020ci il tarixdə Gəncə şəhərində xəstəlikdən ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək əlavə olaraq göstərdi ki, mərhum X8 onun doğma bacısıdır. X8 ailə həyatı quraraq Yevlax rayonu, Nemətabad kəndinə gəlin köçüb orda yaşamış, xx xxxx 2020-ci il tarixdə Gəncə şəhərində vəfat etmiş və Gədəbəy rayonu, Əmiraslanlı kənd qəbiristanlığında dəfn edilmişdir. Mərhum bacısının ölümü qeydiyyat orqanında qeyd edilməmişdir. Bu barədə o Maraqlı şəxsnə müraciət etmiş, lakin tələbi təmin edilməmiş və ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Hazırda mərhum bacısı X2 miras qalmış əmlaka vərəsəlik işi açılması ilə əlaqədar olaraq ölüm haqqında şəhadətnamə tələb olunur. O, mərhum bacısının vəfat etməsini Gədəbəy RİHB-nın Əmiraslanlı kənd İƏD üzrə nümayəndəsi Asif İsgəndərov tərəfindən təsdiq edilmiş xx xxxx 2020-ci il tarixli akt və fotoşəkillərlə də təsdiq edə bilər. Odur ki, o, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. X1 məhkəmə iclasında bildirdi ki, o, ərizəçini ilə yaxın qonşudur. X8 ərizəçinin bacısıdır. Onlar xx xxxx 2020-ci il tarixdə ərizəçinin bacısı Tamamın Gəncə şəhərində vəfat etdiyini eşitmiş və ərizəçi ilə birlikdə gedərək mərhumu gətirib Gədəbəy rayonu, Əmiraslanlı kənd qəbiristanlığında dəfn edilmişlər. Mərhum əvvəllər Yevlax rayonunda, sonra isə Gəncə şəhərində yaşamışdır. X6 məhkəmə iclasında X3 ifadəsi ilə eyni məzmunlu ifadə verərək X8 xx xxxx 2020ci il tarixdə Gəncə şəhərində vəfat etdiyini və Gədəbəy rayonu, Əmiraslanlı kənd qəbiristanlığında dəfn olunduğunu təsdiq etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPMin) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əliyev X9 rayonu Əmiraslanlı kəndində qeydiyyatdadır. İşdə olan xx xxxx 2020-ci il tarixli qonşuluq aktından görünür ki, X8 xx xxxx 2020-ci il tarixdə Gədəbəy rayonu, Əmiraslanlı kənd qəbiristanlığında dəfn olunmuşdur. İşdə olan fotoşəkildən görünür ki, X4 qəbir daşında onun ölüm tarixi kimi xx xxxx 2020-ci il qeyd edilmişdir. İşdə olan vətəndaş Ərizəçi müraciətinə cavab olaraq Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1522 nömrəli məktubdan görünür ki, mərhum bacısına ölüm haqqında şəhadətnamə mərhum bacısının ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim etdikdən sonra verilə bilər. MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-in 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri və işdəki digər sübutlarla təsdiq edildi ki, bacısı X8 xx xxxx 2020-ci il tarixdə ölmüşdür. X4 onun bacısı olmağını məhkəmədən kənar qaydada müəyyən etmək mümkün deyildir. Bu fakt ərizəçinin izahatı, şahid ifadələri və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. X8 öldüyündən onların ərizəçi ilə qohumluq münasibətlərində, yəni onun ərizəçinin bacısı olmasının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. Odur ki, ərizəçi bununla əlaqədar haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmədə müəyyən olundu ki, X8 xx.xx.1958-ci il tarixdə Gədəbəy rayonu, Əmiraslanlı kəndində anadan olmuşdur. X8 ailə həyatı quraraq Yevlax rayonu, Nemətabad kəndinə gəlin köçüb orda yaşamış, xx xxxx 2020-ci il tarixdə Gəncə şəhərində vəfat etmiş və Gədəbəy rayonu, Əmiraslanlı kənd qəbiristanlığında dəfn edilmişdir. Onun xx xxxx 2020-ci il tarixdə ölməsi şahid ifadələri və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. X4 ölümü ilə əlaqədar tibbi sənədlər olmadığından və onun ölümündən uzun müddət keçməsinə görə ona ölüm haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. Odur ki, onun ölümünə dair hüquqi əhəmiyyəti olan faktın məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. X4 ölüm faktının müəyyən edilməsi, ərizəçinin hüquqlarının həyata keçirilməsi üçün zəruridir. Ona görə də, məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 213-220, 233.1, 305- 311-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx xxxx 2020-ci il tarixdə vəfat etmiş X4 xx.xx.1947-ci ildə Gədəbəy rayonu, Əmiraslanlı kəndində anadan olmuş Ərizəçi ilə qohumluq münasibətində, yəni Ərizəçi bacısı olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. xx.xx.1958-ci il tarixdə Gədəbəy rayonu, Əmiraslanlı kəndində anadan olmuş X4 xx xxxx 2020-ci il tarixdə Gəncə şəhərində xəstəlikdən ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Maraqlı şəxsnə həvalə edilsin ki, X5 veriləcək ölüm haqqında şəhadətnamədə onun ölüm tarixi kimi xx xxxx 2020-ci il, öldüyü yer kimi Gəncə şəhəri, ölüm səbəbi kimi “xəstəlik” qeyd edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-935/2020
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-935/2020
04.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver