Məhkəmə qərarları › İş №2(042)-944/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-944/2021

20.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-944/2021 20.09.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X14 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, XX.XX.1942-ci ildə Gədəbəy rayonu, Arıxdam kəndində anadan olmuş X13 03.07.2021-ci ildə Gədəbəy rayonu, Arıqdam kəndində bədbəxt hadisə (tövlədən yıxılması) səbəbindən vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək əlavə olaraq göstərdi ki, X17 onun babasıdır. Babası XX.XX.1942-ci ildə anadan olmuşdur. O, Gədəbəy rayonu, Arıqdam kəndində onunla birgə yaşamışdır. X8 30 iyun 2021-ci ildə yaşadığı evin tövləsində ot yığarkən yıxılmışdır. Nəticədə babası 03.07.2021ci ildə vəfat etmişdir. Faktla bağlı Gədəbəy rayon prokurorluğunda araşdırma aparılmış və baş vermiş hadisədə cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Babası Q.Mahmudov Gədəbəy rayonu, Arıqdam kənd qəbristanlığında dəfn edilmişdir. O, Babasına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin babasının ölümünü təsdiq edən tibbi sənədlər olmadığı üçün Maraqlı şəxs ona ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, o, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. X3 məhkəmə iclasında bildirdi ki, ərizəçi onun qonşusudur. X17 ərizəçinin babasıdır. X17 03.07.2021-ci il tarixdə tövlədən yıxılaraq ölmüşdür. Dəfndə o da iştirak etmişdir. X1 məhkəmə iclasında X7 ifadəsi ilə eyni məzmunlu ifadə verərək X13 03.07.2021-ci il tarixdə bədbəxt hadisə nəticəsində vəfat etdiyini təsdiq etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPMin) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayonu İHB-nin Arıqdam kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 avqust 2021-ci il tarixli, 363 saylı arayışdan görünür ki, Alıyeva X9 rayonu, Arıqdam kəndində 01 nömrəli təsərrüfatbaşına kitabın 23-cü səhifəsinə əsasən qeydiyyatdadır və hal-hazırda Arıqdam kəndində yaşayır. İşdə olan Arıqdam kənd sakinləri X16, X2 və X11 tərəfindən tərtib edilmiş qonşuluq aktından görünür ki, Arıqdam kənd sakini X17 03 iyul 2021-ci il tarixdə vəfat etmişdir. X4 nəvəsi Alıyeva X5 qəbirstanlığında dəfn edilmişdir və dəfn xərcini nəvəsi Ərizəçi çəkmişdir. İşdə olan vətəndaş Ərizəçi ərizəsinə cavab olaraq Maraqlı şəxs tərəfindən verilmiş 19 avqust 2021-ci il tarixli, 05/15-13-420 nömrəli məktubdan görünür ki, X13 ölümünün qeydə alınması üçün ölüm faktını təsdiq edən sənədlər olmadığından ərizənin qeydiyyat şöbəsində təmin edilməsi mümkün deyildir. İşdə olan “Cinayət işi başlanmasının rədd edilməsi barədə” 13 iyul 2021-ci il tarixli qərardan görünür ki, 03.07.2021-ci il tarixdə Gədəbəy rayon prokurorluğuna Gədəbəy rayonu, Arıxdam kənd sakini X13 30 iyun 2021-ci il tarixdə təsərrüfat işləri görərkən yıxılması və bunun nəticəsində ölməsi barədə məlumat daxil olmuş, material üzrə cinayət hadisəsi müəyyən edilməmiş və cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmədə müəyyən olundu ki, X17 XX.XX.1942-ci il tarixdə Gədəbəy rayonu, Arıxdam kəndində anadan olmuşdur. X17 03 iyul 2021-ci il tarixdə Gədəbəy rayonu, Arıqdam kəndində bədbəxt hadisə nəticəsində (tövlədən yıxılması) nəticəsində ölmüşdür. Onun 03 iyul 2021-ci il tarixdə dəfn edilməsi şahid ifadələri və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. X13 ölümü ilə əlaqədar tibbi sənədlər olmadığından və onun ölümündən müəyyən müddət keçməsinə görə ona ölüm haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. Odur ki, onun ölümünə dair hüquqi əhəmiyyəti olan faktın məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. X13 ölüm faktının müəyyən edilməsi, ərizəçinin hüquqlarının həyata keçirilməsi üçün zəruridir. Ona görə də, məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 213-220, 233.1, 305- 311-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. XX.XX.1942-ci ildə Gədəbəy rayonu, Arıxdam kəndində anadan olmuş X13 03 iyul 2021-ci ildə Gədəbəy rayonu, Arıqdam kəndində bədbəxt hadisə (tövlədən yıxılması) səbəbindən vəfat etməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Maraqlı şəxsnə həvalə edilsin ki, X15 veriləcək ölüm haqqında şəhadətnamədə onun ölüm tarixi kimi “03 iyul 2021-ci il”, öldüyü yer kimi “Gədəbəy rayonu, Arıqdam kəndi” qeyd edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar