Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-948/2021 14.12.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001 -ci il tarixli 05 nömrəli qərarı əsasında verilmiş JN-716 KOD 50526018 saylı Dövlət aktının mərhum X2 və ona münasibətdə Ərizəçi məxsus olması hüququ faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli 05 nömrəli qərarı və JN-716 KOD 50526018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında mərhum əri X2, ona və ailə üzvlərinə 1.28 ha torpaq sahəsi verilmişdir. Həmin Dövlət aktında mərhum ərinin ata adı texniki səhv olaraq “Məcid oğlu” kimi, onun ata adı isə “Məhəmməd qızı” kimi qeyd etmişlər. Lakin bütün sənədlərdə mərhum ərinin ata adı “Məhəmməd oğlu”, onun ata adı isə “Məcid qızı” kimi qeyd edilmişdir. Əri 06.02.2018-ci il tarixdə vəfat etmişdir. O, həmin torpaq sahəsini vərəsəlik qaydasında öz adına şəhadətnamə almaq istəyir. O, sənədlərinin rəsmiləşdirilməsi ilə bağlı DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə təqdim edib torpaq sahəsinə dair çıxarış almaq istəsə də bu mümkün olmamışdır. Ona Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli 05 nömrəli qərarı əsasında verilmiş JN-716 KOD 50526018 saylı Dövlət aktında texniki səhvə yol verildiyi və həmin Dövlət aktında olan texniki səhvlik aradan qaldırılmadığı təqdirdə ona çıxarışın verilməsi mümkün olmayacağı bildirilmişdir. Ona sənəddə olan texniki səhvin aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Gədəbəy rayon AİK-nın 10 aprel 2001ci il tarixli 05 nömrəli qərarı əsasında verilmiş JN-716 KOD 50526018 saylı Dövlət aktında olan texnik səhvliklərin aradan qaldırılmasına dair faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını istəyir. Odur ki, o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzürsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1947-ci il tarixdə Gədəbəy rayonu, Ağamalı kəndində doğulmuşdur. Onun ata adı qrafasında Məcid qızı qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon İHB-nin Slavyanka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 yanvar 2021-ci il tarixli, 96 saylı arayışdan görünür ki, Ərizəçi halhazırda Gədəbəy rayonu, Slavyanka kəndində yaşayır. İşdə olan doğum haqqında arayışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.1947-ci il tarixdə Gədəbəy rayonu, Ağamalı kəndində anadan olmuşdur. Atası qrafasında X10, anası qrafasında X9 qeyd edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 06.02.2018-ci il tarixdə Gədəbəy rayonu, Slavyanka kəndində ölmüşdür. İşdə olan Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli 05 saylı qərarı ilə verilmiş JN-716 saylı KOD 50526018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X4, Ərizəçi Məhəmməd qızına və ailə üzvlərinə 1.28 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Ərizəçi xx.xx.1947-cı il tarixdə Gədəbəy rayonu, Ağamalı kəndində doğulmuşdur. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli 05 saylı qərarı ilə verilmiş JN-716 saylı KOD 50526018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının əsasında X2, Ərizəçi və ailə üzvlərinə 1.28 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında onun ata adı “Məhəmməd qızı”, mərhum ərinin ata adı isə “Məcid oğlu” kimi qeyd edilmişdir. Ancaq Ərizəçi şəxsiyyətini təsdiq edən sənədlərində ata adı “Məcid qızı”, mərhum əri X1 ata adı isə “Məhəmməd oğlu” kimi yazılmışdır. Odur ki, qeyd olunan texniki səhv, yəni Dövlət aktında “X5” adında “Məcid oğlu” yazılışının texniki səhv olması müəyyən edilərək həmin sənəddə düzəliş aparılmalı və müvafiq olaraq “Məhəmməd oğlu”, “Ərizəçi Məhəmməd qızı” yazılışının texniki səhv olması müəyyən edilərək həmin sənəddə düzəliş aparılmalı və müvafiq olaraq “Məcid qızı” kimi qeyd edilməlidir. Eləcə də, məhkəmədə müəyyən olundu ki, Ərizəçi sənəddə olan “Ərizəçi Məhəmməd qızı” ilə, X3 isə “X5” ilə eyni şəxsdir. Ərizəçi və X1 adının sözügedən sənəddə müxtəlif olması texniki səhvlə əlaqədar olmuşdur. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli, 05 saylı qərarı ilə verilmiş JN-716 saylı KOD 50526018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının “Ərizəçi Məhəmməd qızı” yazılan hissədə Ərizəçi, “X5” yazılan hissədə mərhum X2 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslarda, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli, 05 saylı qərarı ilə verilmiş JN-716 saylı KOD 50526018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının “Ərizəçi Məhəmməd qızı” yazılan hissədə Ərizəçi, “X5” yazılan hissədə mərhum X2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-948/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-948/2021
14.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver