Məhkəmə qərarları › İş №2(042)-955/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-955/2021

27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-955/2021 27.10.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim X1 oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borc tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəm iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı 1377 manat əsas, 1370.33 manat faiz, 1218.99 manat cərimə, 200.64 manat kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.10.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu olmaqla, cəmi, 4166.96 borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq, LPO "xxxx" ASC-ə verilməsi tələbləri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 21.08.2017-ci il tarixli, KM006TO8170047 saylı Bank Xidmətləri Müqaviləsinə əsasən bank müştəriyə şəxsi məqsədləri üçün 12 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 2000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Cavabdehnın 12.07.2021-ci il tarixə 1377 manat əsas, 1370.33 manat faiz, 1218.99 manat cərimə, 200.64 manat kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.10.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu olmaqla, cəmi, 4166.96 borcu yaranmışdır. Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəməyə teleqram göndərərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsi, iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 21.08.2017-ci il tarixli, KM006TO8170047 saylı Bank Xidmətləri Müqaviləsinə əsasən bank müştəriyə şəxsi məqsədləri üçün 12 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 2000 manat məbləğində kredit verilmişdir. İşdə olan Arayışdan görünür ki, Cavabdeh LPO "xxxx" ASC-ə 12.07.2021-ci il tarixə 1377 manat əsas, 1370.33 manat faiz, 1218.99 manat cərimə, 200.64 manat kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.10.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu olmaqla, cəmi, 4166.96 borcu var. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr tarixli 2-1 (103)-3194/2017 saylı qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının ərizəsi təmin edilmiş, İddiaçı ASC müflis elan edilməsi və iflas prosesinə başlanılması, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASCnin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. Аzərbаycаn Rеspublikası МPM-inin 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı вə оnlаrdаn istifаdə еtməlidir. Həmin Мəcəllənin 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir. Мəcəllənin 217.4-cü mаddəsinə əsаsən məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə işdə olan sənədləri tədqiq edərək, hеsаb еdir ki, iddiа ərizəsi təmin еdilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məcəllənin 739.1. və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra eilməlidir. Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 21.08.2017-ci il tarixli, KM006TO8170047 saylı Bank Xidmətləri Müqaviləsinə əsasən bank müştəriyə şəxsi məqsədləri üçün 12 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 2000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişlər. Cavabdehin 12.07.2021-ci il tarixə 1377 manat əsas, 1370.33 manat faiz, 1218.99 manat cərimə, 200.64 manat kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.10.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu olmaqla, cəmi, 4166.96 borcu var. Məhkəmə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə istinad edərək cərimə məbləğinin azaldılaraq, 100 manat miqdarında müəyyən edilməsini məqsədəmüvafiq hesab edir.Ona görə də iddia tələbi təmin edilməli, Cavabdeh 1377 manat əsas, 1370.33 manat faiz, 100 manat cərimə, 200.64 manat kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.10.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu olmaqla, cəmi, 3047.97 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq, LPO "xxxx" ASC-ə verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Аzərbаycаn Rеspubliкаsı MPMnin 216-227; 358-360 və 362-ci mаddələrini rəhbər tutаrаq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1377 manat əsas, 1370.33 manat faiz, 100 manat cərimə, 200.64 manat kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.10.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu olmaqla, cəmi, 3047.97 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq, LPO "xxxx" ASC-ə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar