Məhkəmə qərarları › İş №2(042)-957/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-957/2021

13.10.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-957/2021 13.10.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X16 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum akt qeydlərinin düzgün olmamasının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qızı X2 doğum tarixi barədə qeydin, yəni 14.10.2004-cü il tarixdə doğulmağı barədə qeydin düzgün olmamasının (doğum tarixinin 14.10.2003-cü il olmasının) müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək göstərdi ki, X6 onun qızıdır. Qızı 14.10.2003-cü ildə ev şəraitində anadan olmuşdur. Buna baxmayaraq onun doğum haqqında akt qeydləri kitabında doğum ili 2003-cü il əvəzinə səhvən 2004-cü il yazılmışdır. Onun digər övladı X8 isə 05.02.2005-ci ildə anadan olmuşdur. Əgər qızı Günay 14.10.2004-cü ildə doğulmuş olsaydı, ondan cəmi 4 ay sonra (05.02.2005-ci ildə) ikinci övladı anadan ola bilməzdi. Bu da həqiqətən onu göstərir ki, qızı X2 doğum tarixi səhvən 14.10.2004-cü il yazılmışdır. Bu fakt həmçinin, Gədəbəy rayon X3 kənd məntəqəsi tərəfindən verilmiş 19.07.2021 -ci il tarixli arayışla da öz təsdiqini tapır. Həmin arayışda Ərizəçi həqiqətən 14.10.2003-cü il tarixdə Gədəbəy rayonu, Dikdaş (Qızıltorpaq) kəndində cinsi qadın olan bir nəfər uşaq doğulması qeyd edilmişdir. Həmin uşağa doğum haqqında tibbi şəhadətnaməni Dikdaş kənd Mama məntəqəsinin müdiri vəzifəsində işləmiş X17 tərəfindən yazılarkən texniki səbəbdən uşağın doğum tarixi 14.10.2004-cü il kimi qeyd edilmişdir. Lakin həqiqətən həmin uşağın doğum tarixi 14.10.2003-cü il olmalıdır. O, qızına aid doğum haqqında akt qeydləri kitabında doğum qeydlərində (doğum tarixində) düzəliş edilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, lakin qeydiyyat şöbəsi ona imtina məktubu verərək məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. X9 bildirdi ki, o, Gədəbəy rayonu, Şəkərbəy kəndində yaşayır. Ərizəçi onun qonşusudur. Ərizəçinin qızı X6 14.10.2003-cü il tarixdə ev şəraitində anadan olmuşdur. Ondan təxmini bir il sonra ərizəçinin oğlu anadan olmuşdur. X2 doğulması prosesində anası da iştirak etmişdir. Onun oğlu isə 2002-ci il tarixdə anadan olmuşdur. Oğlu ilə ərizəçinin qızı arasında bir yaş fərq vardır. Ona görə də Günayın doğum tarixini dəqiq bilir. Günayın doğum haqqında şəhadətnaməsində doğum tarixi səhv yazılmışdır. X5 X9nun izahatına uyğun izahat vermişdir. Maraqlı şəxs Gədəbəy rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan ərizəçiyə aid şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Gədəbəy rayonu, Şəkərbəy kəndində qeydiyyatdadır. İşdə olan AZ-İİİ № 727523 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 rayonu, Dikdaş kəndində doğulmuş, doğum tarixi kimi “14.10.2004-cü il” qeyd edilmiş, atası qrafasında X11 oğlu, anası qrafasında Ərizəçi qeyd edilmişdir. İşdə olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 14.10.2004-cü il tarixdə anadan olmuşdur. İşdə olan Qaraməmmədli kənd Həkim Məntəqəsi tərəfindən verilmiş 19.08.2021-ci il tarixli, 27 saylı arayışdan görünür ki, Ərizəçi həqiqətən 14.10.2003-cü il tarixdə Gədəbəy rayonu, Dikdaş kəndində cinsi qadın olan bir nəfər uşaq doğmuşdur. Həmin uşağın doğum haqqında tibbi şəhadətnaməni Dikdaş kənd Mama məntəqəsinin müdiri vəzifəsində işləmiş X18 tərəfindən yazılarkən texniki səbəbdən uşağın doğum tarixi 14.10.2004-cü il kimi qeyd edilmişdir. Lakin, həqiqətən həmin uşağın doğum tarixi 14.10.2003-cü il olmalıdır. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ərizəsinə cavab olaraq verilmiş 26 avqust 2021-ci il tarixli, 05\15-433 nömrəli məktubdan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə kifayət qədər əsas verən sənədlər olmadığı səbəbdən doğum akt qeydində qızı X2 doğum tarixində düzəliş edilməsinə dair ərizəyə qeydiyyat orqanında təmin edilməsi mümkün deyildir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 592 nömrəli, 20 sentyabr 2006-cı il tarixli X2 doğumu haqqında akt qeydinin surətindən görünür ki, X6 14 oktyabr 2004-cü il tarixdə Gədəbəy rayonu, Dikdaş kəndində doğulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, X1 rayonu, Dikdaş kəndində doğulmuşdur. Ona verilmiş doğum haqqında şəhadətnamədə doğum tarixi səhvən 14 oktyabr 2004-cü il qeyd edilmişdir. Belə ki, X6 14 oktyabr 2003-cü ildə anadan olmuşdur. Bu fakt ərizəçinin izahatı, şahid ifadələri və iş materiallarında olan tədqiq edilmiş sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası MPM-nin 305.1.7-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 341-ci maddəsinin tələbinə görə isə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hüquqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə sadalanan hüquq normalarının tələblərinə uyğun olaraq, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizəçi ərizəsi təmin edilsin. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında X2 doğum tarixi barədə qeydin düzgün olmaması müəyyən edilsin. Ərizəçi doğum akt qeydində onun doğulduğu tarix qrafasında düzəliş aparılaraq doğum tarixi kimi qeyd edilmiş “14 oktyabr 2004-cü il” tarixi “14 oktyabr 2003-cü il kimi qeyd olunsun. Qalan qeydlər olduğu kimi saxlanılsın. Düzəliş aparıldıqdan sonra X4 yeni doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar