Məhkəmə qərarları › İş №2(042)-979/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-979/2021

14.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-979/2021 14.12.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi X8, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi haqqında ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1998-ci il tarixli, 23 saylı qərarı əsasında JN-004A KOD 50521088 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin mərhum əri X14 məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1998-ci il tarixli, 23 saylı qərarı əsasında JN-004A KOD 50521088 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməyə əsasən ona və mərhum əri X14 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin sənəddə mərhum əri X11 adı səhvən X4 yazılmışdır. Bütün sənədlərdə X5 yazılmışdır. O, həmin torpaq sənədinə Çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 11 saylı Şəmkir ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də, ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının MPM-nin 185.6-cı mаddəsini rəhbər tutаrаq, işə maraqlı şəxsin nümаyəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün sаymışdır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək, bildirmişdir ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməyə əsasən anası və atasına 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin sənəddə mərhum atası X3 X4 yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 eyniməzmunlu ifadə vermişdir. İşdə olan Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin surətindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1998-ci il tarixli, 23 saylı qərarı əsasında JN-004A KOD 50521088 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməyə əsasında X13 və Ərizəçi 0.25 ha torpaq sahəsi verilmişdir. İşdə olan X6 surətindən görünür ki, X18 16.11.2020-ci il tarixdə Gədəbəy rayonunun Soyuqbulaq kəndində ölmüşdür. İşdə olan X2 surətindən görünür ki, X18 və X15 nikah bağlamış, nikah bağlandıqdan sonra arvada Muradova soyadı verilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri və işdə olan sənədlərlə Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1998-ci il tarixli, 23 saylı qərarı əsasında JN-004A KOD 50521088 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin Ərizəçi mərhum əri X14 məxsus olması faktı sübut edilmişdir və bu fakt ərizəçinin mülkiyyət və vərəsəlik hüquqlarının təmin edilməsi ilə əlaqədar hüquqi əhəmiyyətə malikdirlər. Ərizəçinin həmin faktı təsdiq edən sənədləri başqa qaydada almaları mümkün deyildir. Ona görə də ərizə təmin edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: Ərizə təmin edilsin. Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1998-ci il tarixli, 23 saylı qərarı əsasında JN-004A KOD 50521088 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair X1 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar