Məhkəmə qərarları › İş №2(042)-981/2020

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-981/2020

17.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-981/2020 17.11.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh azyaşlı nəvəsi X1 tərbiyyə edilməsi üçün təyin edilmiş 80 manat alimentin miqdarının artırılaraq hər ay sabit pul məbləğində 170 manat aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə onun qızı İlhamə Mehdiyeva 2004-cü il tarixdə faktiki olaraq evlənmiş, ərarvad münasibətlərində 2007-ci ilin sonlarına kimi birlikdə yaşamışlar. Birgə yaşadıqları dövrdə onların xx.xx.2005-ci il təvəllüdlü X7 adında bir övladları olmuşdur. Nəvəsi Elvin valideyin himayəsindən kənar qaldığı üçün Gədəbəy rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2009-cu il tarixli, 158 saylı sərəncamına əsasən onun qəyyumluğuna verilmişdir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan 50 manat aliment miqdarı artırılaraq 80 manat müəyyən edilmiş və cavabdehdən Elvinin müalicəsi üçün hər ay sabit pul məbləğində 60 manat miqdarında əlavə xərc tutularaq ona verilməsi qət edilmişdir. Cavabdehin maddi imkanı yaxşıdır. Uşaq 150 manat pensiya alır. O, isə qəyyumluğa görə 50 manat alır. Həmin məbləğlə uşağa baxmaqda çətinlik çəkir. Ona görə də cavabdehdən tutulan alimentin miqdarının artırılmasını istəyir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf etmədi və izahatında göstərdi ki, o, heç bir yerdə işləmir. Maddi imkanı aşağıdır. Onun iddiaçıya hazırda 900 manat borcu vardır. Uşaq təxminən 290-300 manat pensiya alır. İddiaçının tələb etdiyi miqdarda aliment ödəməyə gücü çatmır. Ona görə də alimentin miqdarının artırılmasını istəmir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə İddiaçı iddiası qismən təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nin Söyüdlü kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 361 saylı arayışdan görünür ki, İddiaçı Söyüdlü İƏD üzrə nümayəndəlikdə qeydiyyatdadır və ha-hazırda Söyüdlü kəndinə yaşayır. İşdə olan AZ-İ № 658824 seriyalı doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2005-ci il tarixdə Gədəbəy rayonu, Söyüdlü kəndində anadan olmuş, atası qrafasında Cavabdeh, anası qrafasında X5 qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon İcra Hakimiyyətini Başçısının xx xxxxxx 2009-cu il tarixli 158 saylı sərəncamının surətindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X2 Məsmə Məhər qızının qəyyumluğuna verilmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(041)-744/2015 saylı qətnaməsinin surətindən görünür ki, Gədəbəy rayon Məhkəməsinin xx xxxxxx 2010cu il tarixli, 2(041)572/2010 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılması və Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılması üçün sabit pul məbləğində hər ay tutulan 50 manat alimentin miqdarı hər ay 80 manat müəyyən edilməsi və Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X3 müalicəsi üçün hər ay sabit pul məbləğində 60 manat miqdarda əlavə xərc tutularaq İddiaçı qızma verilməsi qət edilmişdir. Məhkəmə iclasında tərəflərin izahatları və iş materiallarında olan sübutlarla müəyyən edildi ki, iddiaçının qızı X5 Cavabdeh ilə 2004-cü il tarixdə faktiki olaraq evlənmiş, ər-arvad münasibətlərində 2007-ci ilin sonlarına kimi birlikdə yaşamışlar. Birgə yaşadıqları dövrdə onların xx.xx.2005-ci il təvəllüdlü X7 adında bir övladları olmuşdur. X5 ilə Cavabdeh arasında olan ər-arvad münasibətlərinə faktiki olaraq xitam verilmişdir. Gədəbəy rayon İcra Hakimiyyətini Başçısının xx xxxxxx 2009-cu il tarixli 158 saylı sərəncamına əsasən xx.xx.2005-ci il təvəllüdlü X2 Məsmə Məhər qızının qəyyumluğuna verilmişdir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan 50 manat aliment miqdarı artırılaraq 80 manat müəyyən edilmiş və cavabdehdən Elvinin müalicəsi üçün hər ay sabit pul məbləğində 60 manat miqdarında əlavə xərc tutularaq ona verilməsi qət edilmişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehdən tutulan alimentin miqdarının artırılmasını xahiş edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “...Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Həmin qərarda göstərilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Məhkəmə hesab edir ki, uşağın layiqli həyat şəraitinin təmin edilməsi üçün ən azı ona minimum yaşayış imkanı yaradılmalıdır. Odur ki, alimentin miqdarı məsələsini müzakirə edərkən məhkəmə uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu əsas götürərək, tərəflərin maddi vəziyyətini, uşağın saxlanılmasında, müalicəsində və təhsil almasında tərəflərin iştirakları dərəcəsini və tərəflərin digər diqqətəlayiq hallarınınəzərə alaraq bir uşaq üçün müəyyən edilmiş 80 manat alimentin artırılaraq 120 manat məbləğində müəyyən edilməsini qanuni və əsaslı, həm də uşağın və tərəflərin mənafeyinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara, tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(041)-744/2015 saylı qətnaməsi ilə xx xxxx 2005-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan 80 manat alimentin miqdarı artırılsın və hər ay sabit pul məbləğində 120 manat aliment Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar